Pleyeri seçin:

"Tramp marşrutu" üçün ABŞ-nin iştirakı ilə şirkət yaradılacaq | Mirzoyanın müavinindən açıqlama

15 avqust 2025 773 baxış

“Cənubi Qafqazda kommunikasiyaların blokdan çıxarılmasına dair razılaşma “3+3” formatında dialoqda yeni səhifə açıb, bu formatda növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməsi planlaşdırılır”.

Bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan İranın IRNA agentliyinə müsahibəsində deyib.

V.Kostanyan bu formatın xüsusilə nəqliyyat və infrastruktur layihələrinin müzakirəsi üçün əlverişli platforma olduğunu vurğulayıb.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında son razılaşmalar, o cümlədən regionda nəqliyyat marşrutlarının bərpası dialoqa yeni mərhələ qazandırıb.

“Nazirlərin son bəyanatına görə, növbəti görüş İrəvanda və ya Bakıda keçirilməlidir. Biz həmçinin Azərbaycan tərəfi ilə də ikitərəfli məsləhətləşmələrin aparılması imkanlarını da nəzərdən keçiririk”, ‒ deyə nazir müavini vurğulayıb.

V.Kostanyan həmçinin “Tramp marşrutu” layihəsi barədə də danışıb. Onun sözlərinə görə, layihənin bəzi detalları razılaşdırılıb və icrası üçün Ermənistanda ermənilər və amerikalıların ortaq iştirakı ilə şirkət yaradılacaq.

“Layihə çərçivəsində səhmləri Ermənistan və ABŞ arasında bölüşdürüləcək şirkətin qeydiyyata alınması planlaşdırılır. Eyni zamanda bu, ABŞ-nin regional təhlükəsizlik məsələlərində iştirakını nəzərdə tutmur, İranın bu narahatlığı aradan qaldırılıb”, ‒ deyə o bildirib.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 773 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 773 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 773 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 773 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 773 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 773 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 773 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 773 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 773 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 773 baxış
Seçilmişlər
icon