Pleyeri seçin:

Regionda gizli oyun aparan ölkələr hansılardır? | Rusiya Ermənistana qarşı tədbir görmür, əksinə…

17 sentyabr 2024 240 baxış

Azərbaycanla hərtərəfli sülh, Türkiyə ilə münasibətlərin normallaşması və regional kommunikasiyaların açılması Ermənistanın xarici oyunçuların təsirindən qurtulmağı üçün yeganə yoldur.

Bunu CBC telekanalına müsahibəsində “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev deyib.

“Ümumiyyətlə, hazırda regionumuzda çox maraqlı bir oyun gedir. Bu oyunda bəziləri gizli, bəziləri isə açıq şəkildə olmaqla bir çox beynəlxalq aktyorlar iştirak edirlər. Açıq oyun sərgiləyən aktyorlar arasında Ermənistan trekində çox fəal şəkildə irəliləyən, bu ölkədə dominant mövqe tutmağa çalışan Fransanı, gizli oyunçulardan isə həm ABŞ-ni, həm də Rusiyanı qeyd etmək olar”, – o bildirib.

F.Hüseynəliyevin sözlərinə görə, N.Paşinyan hökumətinin anti-Rusiya ritorikasına baxmayaraq, Rusiya Ermənistana qarşı heç bir xüsusi tədbir görməyib, əksinə, reallıqda bu ölkələr arasında ticarət dövriyyəsində böyük artım var.

“Belə başa düşürəm ki, bu, ilk növbədə Qərbin sanksiyalarından yayınma ilə bağlıdır. Lakin Qərb ölkələrinin özləri də buna göz yumur. Bu, nə ABŞ-ni, nə Avropanı, o cümlədən də nə Fransanı, nə də başqa ölkələri narahat etmir.

N.Paşinyan bir tərəfdən Rusiyanın təsirindən uzaqlaşmaq niyyətində olduğunu, digər tərəfdən isə Qərb üçün dayaq nöqtəsi olacağını deyir. İndi Ermənistan fəal şəkildə Qərb silahları ilə təmin edilir, yeri gəlmişkən, bizim ayrı-ayrı saytlarımızın da xəbər verdiyi kimi, Rusiya silahlarının da bu ölkəyə tədarükünə başlanılıb”, – o söyləyib.

Agentliyin direktorunun fikrincə, Ermənistan başqa sahələrdə tamamilə fərqli mövqelər tutan ölkələrin maraqlarının üst-üstə düşdüyü düyünə çevrilir.

“Bu şəraitdə Ermənistanın gələcəyi o qədər də yaxşı görünmür. ABŞ və Avropa kimi müxtəlifqütblü oyunçular, yəni bir tərəfdən Qərb, digər tərəfdən isə Rusiya Federasiyası bir ölkədə cəmləşdikdə düşünmürəm ki, bu nəinki uzunmüddətli, hətta ortamüddətli perspektivdə belə yaxşı nəticəyə gətirib çıxarsın”, – o qeyd edib.

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində mühüm iclas keçirdi

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində mühüm iclas keçirdi

Siyasət
06 sentyabr 2026 240 baxış
Ali Baş Komandanın sədrliyi ilə operativ müşavirə keçirilib - Baku TV

Ali Baş Komandanın sədrliyi ilə operativ müşavirə keçirilib - Baku TV

Siyasət
06 sentyabr 2026 240 baxış
150 türkiyəli sahibkarın İrəvan səfərinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

150 türkiyəli sahibkarın İrəvan səfərinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
05 sentyabr 2026 240 baxış
Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV

Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV

Siyasət
05 sentyabr 2026 240 baxış
"Bu, Rusiyaya ağır zərbə oldu" | Moskva müharibədə hansı reallıqları nəzərə almalıdır? - Baku TV

"Bu, Rusiyaya ağır zərbə oldu" | Moskva müharibədə hansı reallıqları nəzərə almalıdır? - Baku TV

Siyasət
05 sentyabr 2026 240 baxış
Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olundu

Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olundu

Siyasət
05 sentyabr 2026 240 baxış
"Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV

"Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV

Siyasət
05 sentyabr 2026 240 baxış
Ombudsman Azərbaycandakı erməniəsilli məhkumlarla bağlı ittihamlara necə reaksiya verdi? - Baku TV

Ombudsman Azərbaycandakı erməniəsilli məhkumlarla bağlı ittihamlara necə reaksiya verdi? - Baku TV

Siyasət
05 sentyabr 2026 240 baxış
“Qarşıda bizi mühüm əməkdaşlıq imkanları gözləyir” | Meloni

“Qarşıda bizi mühüm əməkdaşlıq imkanları gözləyir” | Meloni

Siyasət
05 sentyabr 2026 240 baxış
Ermənistana bu dəfə nələr tədarük edildi? - Əməkdaşımız detalları açıqladı - Baku TV

Ermənistana bu dəfə nələr tədarük edildi? - Əməkdaşımız detalları açıqladı - Baku TV

Siyasət
05 sentyabr 2026 240 baxış
Seçilmişlər
icon