Pleyeri seçin:

Rəsmi Bakı İrəvanın saxtakarlığını ifşa etdi

09 mart 2023 510 baxış

Martın 8-də Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə Azərbaycana qarşı yalan və iftira dolu bəyanatı Ermənistanın 30 ilə yaxın bir dövrdə həyata keçirdiyi işğal siyasətini, habelə hazırkı postmünaqişə dövründə Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi təxribatları ört-basdır etmək məqsədi daşıyır.

Bu barədə XİN-in yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, Azərbaycan Ordusunun müşahidə kameraları tərəfindən qeydə alınmış və Müdafiə Nazirliyi tərəfindən nümayiş etdirilmiş video çəkilişdə açıq-aşkar erməni silahlı qüvvələrinin nəqliyyat vasitələrinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan növbəti dəfə hərbi məqsədlər üçün istifadə etməsi faktının Ermənistan tərəfindən təkzib olunması riyakarlıqdır.

Bundan başqa, son 30 ildə bütün beynəlxalq norma və prinsipləri pozan bir ölkənin Azərbaycanı üçtərəfli bəyanatın öhdəliklərini yerinə yetirməməkdə ittiham etməsi tamamilə əsassızdır. Eynilə, Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu qərarını təhrif etməyə və arzularını reallıq kimi təqdim etməyə çalışan Ermənistanın guya Azərbaycanın qərarı yerinə yetirməkdən boyun qaçırmasını iddia etməsi qəbuledilməzdir.

 

Açıqlamada bildirilib ki, ərazilərimizə qarşı hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən Ermənistanın işğal birdikdən sonra Azərbaycanın guya bölgənin erməni sakinlərinə qarşı “etnik təmizləmə” və “soyqırımı” həyata keçirməyə hazırlaşdığı iddiası absurddur.

Kərkicahan sakinləri ad günü münasibətilə Prezidentə arzularını çatdırdı - Baku TV

Kərkicahan sakinləri ad günü münasibətilə Prezidentə arzularını çatdırdı - Baku TV

Siyasət
23 dekabr 2025 510 baxış
"34 ildən sonra..." | Prezident doğma yurda qayıdan Kərkicahan sakinlərini təbrik etdi - Baku TV

"34 ildən sonra..." | Prezident doğma yurda qayıdan Kərkicahan sakinlərini təbrik etdi - Baku TV

Siyasət
23 dekabr 2025 510 baxış
Prezident İlham Əliyev Kərkicahanda sakinlərlə bir arada - Baku TV

Prezident İlham Əliyev Kərkicahanda sakinlərlə bir arada - Baku TV

Siyasət
23 dekabr 2025 510 baxış
"Onları bir-bir tutmaq üçün..." | Teymur Kərimli türk xalqlarının birliyi və gücündən danışdı

"Onları bir-bir tutmaq üçün..." | Teymur Kərimli türk xalqlarının birliyi və gücündən danışdı

Siyasət
23 dekabr 2025 510 baxış
İlham Əliyev Qarabağda səfərdədir - Baku TV CANLI

İlham Əliyev Qarabağda səfərdədir - Baku TV CANLI

Siyasət
23 dekabr 2025 510 baxış
Türkiyənin vitse-prezidentindən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj - Baku TV

Türkiyənin vitse-prezidentindən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj - Baku TV

Siyasət
23 dekabr 2025 510 baxış
NATO Rusiyanın Ukrayna ərazilərini bombalamasına səssiz qalmadı - Baku TV CANLI

NATO Rusiyanın Ukrayna ərazilərini bombalamasına səssiz qalmadı - Baku TV CANLI

Siyasət
23 dekabr 2025 510 baxış
Prezident Xankəndinin Kərkicahan qəsəbəsində olub - Baku TV

Prezident Xankəndinin Kərkicahan qəsəbəsində olub - Baku TV

Siyasət
23 dekabr 2025 510 baxış
Azərbaycanın uğur formulunun mərkəzində Prezident İlham Əliyev faktoru - Baku TV

Azərbaycanın uğur formulunun mərkəzində Prezident İlham Əliyev faktoru - Baku TV

Siyasət
23 dekabr 2025 510 baxış
Türkiyə və Azərbaycanın iş adamları niyə Bakıda bir araya gəlir? - Baku TV

Türkiyə və Azərbaycanın iş adamları niyə Bakıda bir araya gəlir? - Baku TV

Siyasət
23 dekabr 2025 510 baxış
Seçilmişlər
icon