Rəsmi Bakının yaratdığı reallıq Vaşinqtonu narahat edir
Vətən müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıq bir sıra ölkələr kimi, Amerika Birləşmiş Ştatlarını da narahat edir.
Birləşmiş Ştatların xüsusən də son günlərdə ölkəmizə qarşı qərəzli addımlarını artırması bunu deməyə əsas verir. Bu baxımdan rəsmi Vaşinqtonun demokratiya pərdəsi altında istənilən təxribat cəhdi istisna edilmir.
Nəzərə alsaq ki, xüsusən də əlamətdar günlərdə çaxnaşma yaratmaq sözügedən ölkənin ənənəvi siyasətidir və 2025-ci ildə Azərbaycanda prezident və parlament seçkiləri gözlənilir. Deməli, Ağ Ev Bakı əleyhinə məkrli addım ata bilər.
Xatırlatmaq yerinə düşər ki, noyabrın 27-də Amerikanın Azərbaycandakı Səfirliyi sözdə bu ölkədə təhsil alan, əslində isə ölkəmizdə fəaliyyət göstərən agentura şəbəkəsi ilə görüş planlaşdırmışdı. Hüquq mühafizə orqanlarının məsələdən xəbərdar olması görüşün təxirə salınması ilə nəticələndi.
Bu, ciddi sual doğurmaqla yanaşı, həm də Birləşmiş Ştatların sonu bəlli olmayan siyasətini ölkəmizdə də həyata keçirmək niyyətini bir daha sübut etdi.
Təbii ki, Azərbaycanın suveren hüquqları ilə bağlı məsələlərdə qərar verən yalnız Azərbaycan xalqı və dövlətidir. Xalqımız isə həmişə olduğu kimi, bu gün də dövlətimizin yanındadır və heç bir xarici qüvvə bu birliyə xələl gətirə bilməz.
#ABŞ teqi istifadə olunub
- ABŞ Rusiyaya qarşı hansı planı işə saldı? - Baku TV CANLI
- "Mümkün qədər tez hazırlaşmalıyıq" | ABŞ Almaniyanı hərbi cəhətdən niyə gücləndirir? - Baku TV
- Vaşinqton hərbi güc tətbiqindən imtina edir
- Sensasiya | ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı işə salır - Baku TV
- ABŞ rəsmilərinin Omanda husi nümayəndələri ilə görüşdüyü barədə məlumat yayılıb
