Pleyeri seçin:

Rusiya, Azərbaycan və Ermənistana bu dəfə bunu təklif etdi | Öhdəliyimiz var...

24 iyul 2024 127 baxış

“Rusiya Azərbaycan və Ermənistan nümayəndələrinə danışıqlar üçün öz meydançasını təqdim etməyə və onlara maksimum rahat şərait yaratmağa hazırdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 24-də keçirdiyi brifinqdə deyib.

“Rusiya hələ 2022-ci ildə regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə ölkələr arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyini vurğulayıb və buna hər cür dəstək verməyə davam edəcəyini öhdəsinə götürüb. Yəni bizim yanaşmamız təkcə sabit deyil, həm də ölkəmizin imzası olan sənəddə qeyd olunub. Bu cür yardımın həcmi, forması danışıqlar aparan tərəflərin hər biri üçün məqbul və əldə edilmiş razılaşmalar çərçivəsində olmalıdır”, – o qeyd edib.

M.Zaxarova bildirib ki, Moskva dəfələrlə sülh müqaviləsi layihəsi üzrə Azərbaycan-Ermənistan danışıqlarının raundlarını qəbul edib:

“Bunu gələcəkdə də etməyə hazırıq. Moskva hər iki nümayəndə heyətinin işi üçün onlara məqbul olan ikitərəfli formatda maksimum rahat şəraitin yaradılmasına zəmanət verir. Müttəfiqlərimiz arasında balanslaşdırılmış sülh müqaviləsinin bağlanmasını regionda bölünməz təhlükəsizlik arxitekturasının və davamlı iqtisadi inkişafın qurulması üçün ilkin şərt hesab edirik.

Fikir ayrılıqlarının tezliklə aradan qaldırılacağına, ən yüksək səviyyədə ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının digər istiqamətlərində uğurlu irəliləyişin olacağına ümid edirik”.

Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 127 baxış
Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Siyasət
20 dekabr 2025 127 baxış
Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 127 baxış
Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Siyasət
20 dekabr 2025 127 baxış
Amnistiya qərarı kimlərə şamil olunmayacaq? | Milli Məclisin komitə sədrindən açıqlama - Baku TV

Amnistiya qərarı kimlərə şamil olunmayacaq? | Milli Məclisin komitə sədrindən açıqlama - Baku TV

Siyasət
20 dekabr 2025 127 baxış
Aİ Ukraynaya 90 milyard avro yardım ayırdı - 24 SAAT

Aİ Ukraynaya 90 milyard avro yardım ayırdı - 24 SAAT

Siyasət
20 dekabr 2025 127 baxış
İran Azərbaycandan su alacaq? | GLOBAL PANORAMA

İran Azərbaycandan su alacaq? | GLOBAL PANORAMA

Siyasət
19 dekabr 2025 127 baxış
Qanun fevralın 1-dən deyil, aprelin 1-dən qüvvəyə minə bilər

Qanun fevralın 1-dən deyil, aprelin 1-dən qüvvəyə minə bilər

Siyasət
19 dekabr 2025 127 baxış
Milli Məclisin komitə sədri 15 iyul 1992-ci il tarixli qərardan danışıb

Milli Məclisin komitə sədri 15 iyul 1992-ci il tarixli qərardan danışıb

Siyasət
19 dekabr 2025 127 baxış
Millət vəkili qurumun qətnaməsini tənqid edib

Millət vəkili qurumun qətnaməsini tənqid edib

Siyasət
19 dekabr 2025 127 baxış
Seçilmişlər
icon