Rusiya Azərbaycana görə Markovu sıxışdırır?
Rusiya məhkəməsi politoloq Sergey Markovu “xarici agent” fəaliyyəti qaydalarını pozmaqda təqsirli bilərək 35 min rubl məbləğində cərimələyib.
Bu barədə politoloqun vəkili Aleksandr Moloxov məlumat verib.
Vəkilin sözlərinə görə, məhkəmə qərarı Rusiya İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 1-ci hissəsi üzrə çıxarılıb. Protokol Markovun Ədliyyə Nazirliyi müvafiq qərar qəbul etməzdən əvvəl özünün “xarici agent” reyestrinə daxil edilməsi ilə bağlı ərizə təqdim etməməsi səbəbi ilə tərtib olunub.
Vəkil bildirib ki, Markovun ictimai fəaliyyəti analitik, tənqidi və polemik xarakter daşıyır və onun sözlərinə görə, bu fəaliyyət xarici təsirə qarşı yönəlib.
Rusiya Ədliyyə Nazirliyi politoloqu 2025-ci ilin avqustunda xarici agentlər reyestrinə daxil edib. Qərar əsaslandırılarkən Markovun Rusiya hakimiyyəti barədə saxta məlumatlar yayması, xarici agentlər və arzuolunmaz təşkilatlarla əlaqəli kontentin hazırlanması və yayılmasında iştirakı iddia olunub.
Sergey Markov bu qərarı gözlənilməz adlandırıb. Politoloqun Kremlin qara siyahısına düşmə səbəblərindən biri onun Azərbaycanda keçirilən III Şuşa Qlobal Media Forumunda iştirakı ola bilər.
#Rusiya teqi istifadə olunub
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
- Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV
- Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı sensasiyalı ehtimal! - AKTUAL GÜNDƏM
- Paşinyan TRIPP layihəsinə Rusiyanı niyə cəlb etmək istəyir? - Baku TV
- Paşinyan həm ABŞ, həm də Rusiya ilə münasibətləri qorumağa çalışır - Baku TV CANLI
