Rusiya kanalında İlham Əliyevdən danışdılar | Qərb nə reaksiya verir?
Yeniliklərdən dərhal xəbərdar olun
“İstər hərbi formada, istərsə də kostyumda – hər zaman qüsursuz geyinən Azərbaycan Prezidenti İlham Əliyev prezident seçkisində aşkar üstünlüklə qalib gəldi”.
Bu barədə Rusiyanın “Rossiya 1” kanalının müxbiri Andrey Qriqoryevin Bakıdan hazırladığı videosüjetdə deyilir.
Reportaj Prezident İlham Əliyevin şəxsi sərəncamı ilə tikilən, hazırda isə Azərbaycan sənayesinin flaqmanına çevrilən Bakı Gəmiqayırma Zavodunda kiçik ekskursiya ilə başlayır.
Süjetdə bildirilir ki, Xəzər dənizinin ən böyük və ən müasir gəmiqayırma zavodu hələlik yalnız Azərbaycanın ehtiyacları üçün məhsul istehsal edir.
Videomaterialda həmçinin ölkədə keçirilən növbədənkənar prezident seçkisinə də toxunulub. Bildirilib ki, İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün illərdə rayonların qaytarılması prioritet məsələ olub. Buna görə də o, bütün ailəsi ilə Qarabağda yerləşən 14 saylı seçki məntəqəsinə səs verməyə gedib.
Süjetdə bundan sonra seçkinin nəticələri və bunun sakinlər arasında doğurduğu coşquya, həyəcana yer verilib.
A.Qriqoryev buna baxmayaraq, həm Qarabağ müharibəsinin sonunun, həm də ardınca keçirilən prezident seçkisinin Qərbdə yalnız neqativlərə səbəb olduğunu vurğulayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
