Rusiyadakı silahlı qiyama dünya liderlərindən reaksiya
“Vaqner” muzdlu hərbi təşkilatının Rusiyada silahlı qiyama cəhdi bizi son dərəcə ayıq-sayıq olmağa vadar edir. Son hadisələr ukraynalılara olan dəstəyimizi tam əsaslandırır. Rusiyada baş verənlər həm ordusunun, həm də “Vaqner”in nə qədər zəif olduğunu göstərib”.
Bu sözləri Fransa Prezidenti Emmanuel Makron “La Provence” qəzetinə müsahibəsində deyib. Onun fikrincə, ölkədəki gərgin vəziyyət davam edir.
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili də Rusiyada baş verənlərə münasibət bildirib. Onun sözlərinə görə, son hadisələr Rusiya Prezidenti Vladimir Putini zəiflətdi, Ukraynanın müharibədə qazanacağı qələbəni isə yaxınlaşdırdı.
Serbiya Prezidenti Aleksandr Vuçiç isə hesab edir ki, “Vaqner”ə xaricdən müdaxilə edilib. Prezident bildirib ki, Rusiyada baş verənlərin böyük nəticələri olacaq və hazırda ölkə başçısı Vladimir Putinin qarşısında çətin vəzifə durur.
“Kənardan kimin bu işə qarışdığını söyləmək istəmirəm, amma müdaxilə edildiyinə şübhə etməyin”, – deyən A.Vuçiç qiyam cəhdinin V.Putinin kəskin, qəti və aydın reaksiyası sayəsində qarşısının alındığına diqqət çəkib.
Rusiyada baş verənləri Polşa da yaxından izləyir. Ölkənin Baş naziri Mateuş Moravetski bildirib ki, son hadisələrin fonunda Polşa Belarusla sərhədə nəzarəti gücləndirib. Onun sözlərinə görə, bu qərar Moskvadan gələ biləcək təhlükəyə reaksiyadır, çünki A.Lukaşenko və V.Putin çox qəribə hərəkət edə bilər.
#Rusiya teqi istifadə olunub
- Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib
- Putin Avropanın müharibə xəbərdarlıqlarına nə cavab verdi? - Baku TV CANLI
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
- Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV
- Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı sensasiyalı ehtimal! - AKTUAL GÜNDƏM
