Pleyeri seçin:

Rusiyalı hərbçilər Türkiyə-Ermənistan sərhədindən çıxa bilər?

03 aprel 2024 564 baxış

Bir müddət əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlamasında Türkiyənin Ermənistana hücum edəcəyi təqdirdə Rusiya sərhədçilərinin ölkəni müdafiə edəcəyinə şübhə ilə yanaşdığını deyib.

Onu da əlavə edib ki, hazırda rusiyalı hərbçilərin Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsi müzakirə mövzusu deyil. Çünki əslində elə Ermənistan tərəfi üçün də rusiyalı sərhədçilərin bu ərazidə yerləşməsi sərfəlidir. Əks halda indiyə qədər rəsmi İrəvanın bu mövzuda qəti mövqeyini görmüş olardıq.

Digər məqam isə odur ki, rusiyalı sərhədçilər Türkiyə-Ermənistan sərhədində müddətsiz xidmət göstərirlər. Ermənistan parlamentinin spikerinin sözlərinə görə, Azərbaycanla sərhəd Tavuşdan çəkilməlidir və bu proses nəticəsində iki ölkə arasında sərhəd xətləri müəyyənləşdirilməlidir. Lakin Rusiya nəinki Ermənistan ərazisindən çıxmaq istəmir, həm də Ermənistan-Azərbaycan arasındakı sərhəddə də hərbçilərini yerləşdirmək arzusundadır.

Rusiyalı politoloq Sergey Markov Baku TV-yə açıqlamasında bildirib ki, Rusiya və Ermənistan arasındakı strateji əlaqələr pozularsa, rusiyalı sərhədçilərin özlərinin də oranı tərk etməsi mümkündür:

“Nikol Paşinyanın Qərb sevgisi və Qərbin anti-Rusiya siyasəti nəticəsində bu ehtimal böyükdür. Ola bilər ki, rusiyalı sərhədçilər Qərbdən olan sərhədçilərlə əvəzlənsin və yaxud elə ermənilərin öz sərhədçiləri də yer ala bilərlər.

O da ola bilər ki, Ermənistan öz fikirlərindən əl çəkəcək. Nə də olsa, sərhədlərin mühafizəsini kimsə həyata keçirməlidir. Bu, özlüyündə büdcədən vəsait tələb edən işdir. Ancaq Rusiyada çoxları deyir ki, Ermənistanla aktiv siyasət aparmaq lazımdır. Ümumiyyətlə, Cənubi Qafqazda bazası olmalıdır”.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 564 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 564 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 564 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 564 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 564 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 564 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 564 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 564 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 564 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 564 baxış
Seçilmişlər
icon