Siyasət
Pleyeri seçin:

Rusiyalı politoloqdan Minskdəki hərbi paradla bağlı açıqlama

04 iyul 2024

“Azərbaycan hərbçilərinin Rusiya və Belarus hərbçiləri ilə birlikdə Minskdə keçirilən paradda iştirakı Ermənistan rəhbərliyinin üzünə vurulan şillədir, çünki Ermənistan Belarusa qarşı satqınlıq edir”.

Bunu rusiyalı politoloq Sergey Markov Azərbaycan hərbçilərinin Minsk şəhərinin alman-faşist işğalçılarından azad edilməsinin 80 illiyi münasibətilə iyulun 3-də Belarus paytaxtında keçirilən paradda iştirakını şərh edərkən deyib.

O qeyd edib ki, bu, Ermənistan rəhbərliyinin xəyanətkar addımlarını davam etdirəcəyi təqdirdə nələrin baş verəcəyinə dair xəbərdarlıqdır.

“Belarusa dost dövlətlər hərbi paradda iştirak etmək üçün öz nümayəndələrini və hərbi kontingentini Minskə göndərdilər. Bunlar Rusiya və Azərbaycandır. Ermənistanın da bu bayram paradında iştirak etmək üçün böyük şansı vardı, amma o bunu etmədi. Ermənistan Belarusa qarşı xəyanət edir. Lukaşenko da cavab olaraq Ermənistan rəhbərliyinə şillə vurur. Çünki bundan öncə Nikol Paşinyan Azərbaycanla yaxın münasibətlərdə olduğunu və Qarabağın dirçəlişi yolunda dəstək verəcəyini dediyinə görə Belarusun Prezidentini tənqid edirdi.

Bundan əlavə, Paşinyan Ermənistanın hər hansı rəsmi şəxsinin Belarusa səfər etməyəcəyinə dair açıq şəkildə tapşırıq verib. Ermənistanla Belarus arasında yaşanan münaqişə ondan xəbər verir ki, İrəvan KTMT üzvləri ilə yaxşı münasibət qura bilmir. İlham Əliyev kimi güclü prezidenti olan Azərbaycan diplomatiyası isə böyük uğurlar qazanır. Azərbaycanın siyasi aləmdə dostu çoxdur, Ermənistan isə bir çox ölkələr tərəfindən siyasi təcrid vəziyyətindədir. İndi Ermənistan Qərb ölkələri ilə yaxınlıq etməyə çalışır. Lakin bu dövlətdə yaşayanların əksəriyyəti bilir ki, Qərb ölkələri verdiyi vədlərə baxmayaraq, kritik anlar gəlib çatanda Paşinyanı meydanda tək qoyacaqlar”, – o bildirib.

S.Markov əlavə edib ki, Ermənistan xüsusilə Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası- demarkasiyası və Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı öhdəliklərini yerinə yetirmir. Bu səbəblərdən də mühüm tədbirlərdən kənarda qalır.

Pezeşkian İranın xarici siyasətində nələri dəyişəcək? | Mütəxəssis şərhi

Pezeşkian İranın xarici siyasətində nələri dəyişəcək? | Mütəxəssis şərhi

Siyasət
06 iyul 2024
Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi

Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi

Siyasət
06 iyul 2024
Hədəflərinin arxasınca inamla addımlayan Azərbaycan

Hədəflərinin arxasınca inamla addımlayan Azərbaycan

Siyasət
06 iyul 2024
Cevdet Yılmazın Azərbaycana səfəri başa çatdı

Cevdet Yılmazın Azərbaycana səfəri başa çatdı

Siyasət
06 iyul 2024
Şuşada TDT XİN başçılarının qeyri-rəsmi iclasından görüntülər

Şuşada TDT XİN başçılarının qeyri-rəsmi iclasından görüntülər

Siyasət
06 iyul 2024
Şuşada keçirilən Zirvə görüşündə mühüm sənədlər imzalana bilər

Şuşada keçirilən Zirvə görüşündə mühüm sənədlər imzalana bilər

Siyasət
06 iyul 2024
İlham Əliyev İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianı təbrik etdi

İlham Əliyev İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianı təbrik etdi

Siyasət
06 iyul 2024
Şuşada TDT-nin qeyri-rəsmi Zirvə toplantısı keçirilir

Şuşada TDT-nin qeyri-rəsmi Zirvə toplantısı keçirilir

Siyasət
06 iyul 2024
Merih Demirala qarşı tətbiq edilən cəza ədalətsizdir | İlham Əliyev

Merih Demirala qarşı tətbiq edilən cəza ədalətsizdir | İlham Əliyev

Siyasət
06 iyul 2024
Qazaxıstan Prezidenti Füzuli hava limanında qarşılandı

Qazaxıstan Prezidenti Füzuli hava limanında qarşılandı

Siyasət
06 iyul 2024
Seçilmişlər
icon