Siyasət
Pleyeri seçin:
Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirinə başsağlığı verib
Avqustun 17-də Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın Azərbaycandakı Səfirliyində olub. Bu barədə Səfirlikdən məlumat verilib.
Şahin Mustafayev Azərbaycan Hökuməti adından Mahaçqalada qeydə alınan partlayışda həlak olanların yaxınlarına başsağlığı verib.
Baş nazirin müavini səfir Mixail Yevdokimova başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Kopyalandı
Seçilmişlər