Siyasət
Pleyeri seçin:

Səmənd ağanın öldürülməsi ilə Göyçə ermənilərə tam təslim edildi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

30 aprel 2024

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Səmənd ağanın öldürülməsi ilə Göyçə ermənilərə tam təslim edildi” adlı veriliş efirə gedib.

Verilişdə 1915-ci ildə ermənilərin dinc türkləri qılıncdan keçirməsindən, soyqırımı törətməsindən, hərbi cinayətkarların cəzalandırması zamanı özlərini məzlum kimi göstərməsindən və 109 ildir hayların uydurduqları genosid nağılından bəhs olunub.

Süjetdə “Zod əməliyyatı”nın necə hazırlanması və həyata keçirilməsinə aydınlıq gətirilib və bildirilib ki, bu, erməni araşdırmaçıların və tarixçilərin yalan yaradıcılığının növbəti nümunəsidir:

“Bu mövzuda ilk hərtərəfli araşdırma olan “Zod əməliyyatı” kitabının müəllifləri vurğulayıblar ki, bu, bir xəbərdarlıq kitabıdır, 100 il əvvəl baş verənlər bu gün də təkrarlanır. Zod indi də Ermənistan üçün taleyüklü yerə çevrilib. Ermənilər ingilislərdən dəstək alıb, Zodda baş verənlərin qisasını almaq üçün hücum edirlər.

Onlar 1919-cu il martın 14-də Basarkeçərə gələrək, oradan kəndləri top atəşinə tuturlar. Beləliklə, 32 kəndin əhalisi Göyçədən çıxarılır. Həmin vaxt dağlarda qara-borana düşən yüzlərlə adam ölüb.

Bu vəhşiliyin törədilməsində Antanta dövlətləri ermənilərin fəal yardımçısı olublar. Ermənilər müqavimət göstərənlərə, döyüşənlərə qarşı amansız cəza tədbirləri törədib, Səmənd ağa və bir çox hörmətli Göyçə ağsaqqallarını öldürüblər.

1920-ci ilə qədər erməni daşnak silahlı dəstəsi Göyçədə, bütöv Qərbi Azərbaycanda yerli azərbaycanlı əhaliyə qarşı soyqırımları həyata keçiriblər. İndi bu gerçəyi danıb, ermənilərin məzlumluğu üzərində yeni Zod nağılı başlatmaq istəyirlər. Bu, erməni məkri və xislətinin daha bir göstəricisidir”.

"Qərbi Azərbaycana qayıdış" Türk Dünyası Sammiti Daşkənddə baş tutdu

"Qərbi Azərbaycana qayıdış" Türk Dünyası Sammiti Daşkənddə baş tutdu

Siyasət
21 may 2024
Zelenski İlham Əliyevə zəng etdi | Nələr müzakirə edildi?

Zelenski İlham Əliyevə zəng etdi | Nələr müzakirə edildi?

Siyasət
21 may 2024
Zakir Həsənov Selçuk Bayraktaroğlu ilə görüşdü

Zakir Həsənov Selçuk Bayraktaroğlu ilə görüşdü

Siyasət
21 may 2024
Qərbi Azərbaycan e.ə I minilliyin ortalarında Türk İskit dövlətinin tərkibində olub

Qərbi Azərbaycan e.ə I minilliyin ortalarında Türk İskit dövlətinin tərkibində olub

Siyasət
21 may 2024
Selçuk Bayraktar "Akıncı"nın dağıntıları necə tapdığını açıqladı

Selçuk Bayraktar "Akıncı"nın dağıntıları necə tapdığını açıqladı

Siyasət
21 may 2024
XİN rəhbərləri telefon danışığı zamanı nələri müzakirə etdi? | Tehrandakı səfirliyimiz...

XİN rəhbərləri telefon danışığı zamanı nələri müzakirə etdi? | Tehrandakı səfirliyimiz...

Siyasət
21 may 2024
Fransa Azərbaycanda keçiriləcək COP29-a qatılmayacaq? | Ermənipərəst siyasətçidən açıqlama

Fransa Azərbaycanda keçiriləcək COP29-a qatılmayacaq? | Ermənipərəst siyasətçidən açıqlama

Siyasət
21 may 2024
Pul qarşılığında Bakıya qarşı təxribat törətmək istədi | Görüntülər yayımlandı

Pul qarşılığında Bakıya qarşı təxribat törətmək istədi | Görüntülər yayımlandı

Siyasət
21 may 2024
Millət vəkili kimləri yıxıb sürüdü? - O adamların hamısını...

Millət vəkili kimləri yıxıb sürüdü? - O adamların hamısını...

Siyasət
21 may 2024
Əminəm ki, bunlar İranın yeni rəhbərliyinə çatdırılacaq | İlham Əliyev

Əminəm ki, bunlar İranın yeni rəhbərliyinə çatdırılacaq | İlham Əliyev

Siyasət
21 may 2024
Seçilmişlər
icon