Pul qarşılığında Bakıya qarşı təxribat törətmək istədi | Görüntülər yayımlandı
Rusiyada Azərbaycana qarşı informasiya təxribatı ilə məşğul olan Modest Kolerovun bu işləri pul qarşılığında gördüyünü əks etdirən görüntülər yayılıb.
Yerli medianın paylaşdığı videoda rusiyalı jurnalist və politoloqun bəzi şəxsləri nüfuzdan salmaq məqsədilə məqalələr yazmaq üçün böyük miqdarda pul aldığı əksini tapıb. Jurnalist Roman Qazenkonun da bu məsələdə vasitəçi rolu oynadığı bildirilir.
Sosial şəbəkələrdə onların arasında kafedə danışıqlar aparılması, həmçinin pul köçürməsini əks etdirən foto və videolar yayılıb. Şəbəkə istifadəçiləri bu görüntülərlə rüsvay olan M.Kolerovu sərt tənqid edib, onun cinayətə cəlb olunmasını istəyiblər.
Qeyd edək ki, 1963-cü il təvəllüdlü M.Kolerov tarixçi alim, polittexnoloq sayılır. O, hər zaman ermənipərəst mövqe tutan "Reqnum"un həmtəsisçisi və baş redaktorudur. Onun Azərbaycana qarşı təbliğat üçün ermənilərdən pul aldığı artıq bu görüntülərdən sonra şübhə doğurmur.
#Rusiya teqi istifadə olunub
- Rusiya Kanadanın Navalnı ilə bağlı iddiasına sərt reaksiya verib
- Beş Avropa ölkəsindən olan mütəxəssislər belə qənaətə gəlib
- Rusiya dəniz xidmətlərindən məhrum olacaq? | Fon Der Leyendən Rusiya ilə bağlı təklif - Baku TV
- “Nüvə ilə bağlı bu yeni risklər... “ | Şoyqudan vacib xəbərdarlıq
- Ermənistan Rusiya ilə körpüləri yandıracaq? - Peskov və Paşinyandan diqqətçəkən sözlər - Baku TV
