“Bu, Rusiyaya qarşı hərbi qarşıdurmaya hazırlıq məqsədi daşıyır” | Serdyukov
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa ölkələrində militarizasiya açıq şəkildə Rusiyaya yönəldilib”.
Bunu KTMT-nin Baş Qərargah rəisi general-polkovnik Andrey Serdyukov deyib.
“Avropada militarizasiya sürətlə davam edir, bu, açıq şəkildə Rusiyaya qarşı hərbi qarşıdurmaya hazırlıq məqsədi daşıyır. Bunun üçün koalisiya qüvvələrinin KTMT ölkələrinin sərhədlərinə yaxın ərazilərdə mövcudluğu artırılır, həmçinin ərazilərin əməliyyat baxımından təchizatı və müvafiq infrastrukturun təkmilləşdirilməsi həyata keçirilir”, – o bildirib.
Serdyukovun sözlərinə görə, hazırda ən mürəkkəb vəziyyət Şərqi Avropa regionunda formalaşır.
General əlavə edib ki, regiondakı qeyri-sabitliyin əsas faktorunu Rusiya-Ukrayna müharibəsini uzatmağı hədəfləyən Qərbin fəaliyyəti təşkil edir:
“Ümumiyyətlə, 2025-ci il geosiyasi gərginliyin artması və kollektiv təhlükəsizlik regionlarında vəziyyətin gərginləşməsi ilə səciyyələnib, bu da qeyri-sabitlik zonalarının birbaşa KTMT-yə üzv dövlətlərin sərhədlərinə yaxınlaşması ilə bağlıdır”.
Serdyukov xəbərdarlıq edib ki, bəzi Qərb ölkələrinin qeyri-dost davranışları və dünyanın əksəriyyəti ilə əməkdaşlıqdan imtina etmələri bütün beynəlxalq təhlükəsizlik arxitekturasının mənfi transformasiyasına səbəb olur.
#Avropa ölkələri teqi istifadə olunub
- Tramp Avropanın gələcəyini sual altına alıb
- Nəsillərin savaşı: Gənclər hakimiyyətlərdən nə istəyir? - AKTUAL GÜNDƏM
- Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
