Separatçıların mövqelərdən çıxarılmasına başlanılıb
“Qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlayıb”.
Bu sözləri Prezident İlham Əliyev xalqa müraciətində söyləyib. Dövlət başçısı deyib ki, separatçılar bizim şərtimizi qəbul edərək silahların da təhvil verilməsinə başlayıblar.
“Bu vəziyyətə gətirib çıxarmaq kimə xeyir gətirdi? Axı İkinci Qarabağ müharibəsindən dərhal sonra biz haqlı narahatlığımızı ifadə edərək Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə dəfələrlə müraciət edərək deyirdik ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Biz deyirdik ki, qanunsuz xunta rejimi öz əski parçasından artıq olmayan “bayraq”larını büküb cibinə qoyub bizim torpağımızdan çıxmalıdır. Bu, bizim suveren hüququmuzdur”, – deyə dövlət başçısı çıxışında bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi
- Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam
- İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV
- “Bu, miqyasına görə ən böyüyüdür” | Amnistiya aktının icrasına başlanıldı - Baku TV
- Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV
