Sərdar Ayaz Sadiq Bakıda | Prezident İlham Əliyevlə görüşdə nələr müzakirə edildi?
Prezident İlham Əliyev iyulun 7-də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı bir neçə gün əvvəl Xankəndidə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında iştirakını və onunla görüşünü məmnunluqla xatırlayaraq, həmin vaxt ikitərəfli gündəliyimizlə bağlı bir daha geniş müzakirələrin aparıldığını bildirib.
Prezident İlham Əliyev Azərbaycanın və Pakistanın siyasət, iqtisadiyyat, sərmayələr sahəsində uğurlu qarşılıqlı fəaliyyətinə toxunaraq əlaqələrimizin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın rolunu qeyd edib, beynəlxalq parlamentlərarası təsisatlarda ölkələrimizin parlament nümayəndə heyətlərinin bir-birini dəstəkləməsini məmnunluqla vurğulayıb.
Qəbula görə təşəkkürünü bildirən Pakistan Milli Assambleyasının sədri rəhbərlik etdiyi nümayəndə heyətinə həm iqtidar, həm də müxalifətdən olan parlament üzvlərinin daxil olduğunu bildirərək bunun Pakistan Milli Assambleyasında Azərbaycana münasibətdə vahid və həmrəy mövqenin göstəricisi olduğunu qeyd edib.
Sərdar Ayaz Sadiq İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün uğurla keçirilməsi ilə bağlı Prezident İlham Əliyevi təbrik edərək, bu tədbirin məhz Xankəndi şəhərində təşkil olunmasının böyük siyasi əhəmiyyətinə toxunub. Qonaq Qarabağda və Şərqi Zəngəzurda yüksək səviyyədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini xüsusi qeyd edib.
Söhbət zamanı Azərbaycanla Pakistan arasında iqtisadiyyat, ticarət, enerji, sənaye, investisiyalar, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyevin HİK-in VIII qurultayının iştirakçılarına müraciəti səsləndirildi - Baku TV
- Aİ ölkələrindən sülhə dəstək | Zelenskinin Berlin diplomatiyası nəyə hesablanıb? - YENİ BİR SƏHƏR
- Türkiyə Ermənistanla sərhədləri hansı şərtlə açacaq? | İrəvana vacib mesaj - BİZDƏN NƏ DANIŞIRLAR?
- İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV
- İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV CANLI
