Si Cinpin İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanladı
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
“Bahar bayramı münasibətilə təbrik məktubunuza görə sizə səmimi-qəlbdən minnətdarlığımı bildirməkdən şərəf duyuram. Ənənəvi Novruz bayramı münasibətilə Çin hökuməti və xalqı adından sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Hazırda Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir, “Bir kəmər, bir yol”un birgə tikintisi çərçivəsində əməkdaşlıq güclənir, beynəlxalq arenada məhsuldar qarşılıqlı fəaliyyət dərinləşir.
Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və sizinlə birlikdə ənənəvi dostluğumuzun möhkəmlənməsində, iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində bundan sonra da səylər göstərməyə hazıram. Sizə möhkəm cansağlığı və əmin-amanlıq, dost Azərbaycan xalqına isə xoşbəxtlik və tərəqqi arzulayıram”.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
