Pleyeri seçin:

SOCAR-ın nümayəndə heyəti Naxçıvana səfər edib

19 oktyabr 2023 193 baxış

Heydər Əliyev İli çərçivəsində Dövlət Neft Şirkəti tərəfindən silsilə tədbirlər həyata keçirilir.

Oktyabrın 17-də Naxçıvanda “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda konfrans təşkil olunub.

SOCAR-ın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Heydər Əliyev Muzeyini ziyarət edən tədbir iştirakçıları ümummilli liderin həyat və fəaliyyətinə dair fotoşəkil və eksponatlarla tanış olublar.

SOCAR tərəfindən muzeyə ulu öndərin neft-qaz sənayesindəki əvəzsiz xidmətlərindən bəhs edən fotoşəkillər əsasında hazırlanmış markalar hədiyyə olunub.

Daha sonra SOCAR nümayəndə heyəti Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb. Görüşdə “Heydər Əliyev İli” çərçivəsində SOCAR tərəfindən təşkil olunan tədbirlər, təhsil sahəsində görülən işlər barədə məlumat verilib, sahə üzrə yeni təşəbbüslər müzakirə edilib.

SOCAR-la Naxçıvan Dövlət Universitetinin rəhbər heyəti arasında keçirilən görüşdə ulu öndərin Azərbaycanda elm və təhsilin inkişafı sahəsində apardığı məqsədyönlü siyasətdən bəhs olunub.

Heydər Əliyev İli çərçivəsində ölkəmizin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Naxçıvan Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Daha sonra nümayəndə heyəti Naxçıvan Dövlət Milli Dram Teatrında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan sərgi, konfrans və konsert proqramında iştirak edib. Ulu öndər Heydər Əliyevin Naxçıvan Dövlət Universitetinə səfərlərini əks etdirən videoçarx nümayiş olunub.

Sonda Naxçıvan Dövlət Universitetinin Konservatoriyasının Kamera Orkestrinin ifasında konsert proqramı təqdim olunub.

İran müharibəni Türkiyəyə qədər genişləndirmək istəyir? - AKTUAL GÜNDƏM

İran müharibəni Türkiyəyə qədər genişləndirmək istəyir? - AKTUAL GÜNDƏM

Siyasət
04 mart 2026 193 baxış
İranın Türkiyəyə raket atması necə izah oluna bilər? - AKTUAL GÜNDƏM

İranın Türkiyəyə raket atması necə izah oluna bilər? - AKTUAL GÜNDƏM

Siyasət
04 mart 2026 193 baxış
Azərbaycana gələn iranlı pilotların və ekipaj üzvlərinin keçidi təmin edildi - Baku TV

Azərbaycana gələn iranlı pilotların və ekipaj üzvlərinin keçidi təmin edildi - Baku TV

Siyasət
04 mart 2026 193 baxış
İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib - Baku TV

İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib - Baku TV

Siyasət
04 mart 2026 193 baxış
İrandan Azərbaycana təxliyə edilənlərin sayı açıqlandı

İrandan Azərbaycana təxliyə edilənlərin sayı açıqlandı

Siyasət
04 mart 2026 193 baxış
Putin təcili tapşırıq verdi | Bu şəxslər Azərbaycandan Rusiyaya getdi - Baku TV

Putin təcili tapşırıq verdi | Bu şəxslər Azərbaycandan Rusiyaya getdi - Baku TV

Siyasət
04 mart 2026 193 baxış
“Xəzər qazının köməyi ilə Aİ-nın Rusiya qazından asılılığı azalır” | Dan Yorgensen

“Xəzər qazının köməyi ilə Aİ-nın Rusiya qazından asılılığı azalır” | Dan Yorgensen

Siyasət
04 mart 2026 193 baxış
Azərbaycanın enerji sahəsində planları | Regional enerji bağlantıları güclənir - YENİ BİR SƏHƏR

Azərbaycanın enerji sahəsində planları | Regional enerji bağlantıları güclənir - YENİ BİR SƏHƏR

Siyasət
04 mart 2026 193 baxış
Azərbaycan enerji ehtiyatlarının etibarlı tranzit ölkəsi rolunu oynayır | İlham Əliyev - Baku TV

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranzit ölkəsi rolunu oynayır | İlham Əliyev - Baku TV

Siyasət
04 mart 2026 193 baxış
Avropa İttifaqının enerji ilə bağlı planları açıqlanıb

Avropa İttifaqının enerji ilə bağlı planları açıqlanıb

Siyasət
03 mart 2026 193 baxış
Seçilmişlər
icon