Pleyeri seçin:

Soydaşlarımıza dəstək olsaydı, ermənilər Göyçəni boşalda bilməyəcəkdi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

15 iyul 2024 400 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Verilişin budəfəki müsahibi Əməkdar elm xadimi, akademik, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov olub.

O, doğulub boya-başa çatdığı Göyçə mahalının, Basarkeçər rayonunun Zod kəndi haqqında xatirələrini dilə gətirib. Bildirib ki, ömrünün ən gözəl anları Zod kəndi ilə bağlıdır.

Onun sözlərinə görə, tarixən azərbaycanlıların yaşadığı bu yaşayış məntəqəsinin altı mindən çox sakini ötən əsrin müxtəlif dövrlərində daşnak quldurlarının, erməni millətçilərinin silahlı hücumlarına, təzyiqlərinə məruz qalıblar. Buna baxmayaraq, birlikdə ermənilərə qarşı ciddi müqavimət göstərib, ata-baba yurdlarını qoruyublar. Akademik deyib ki, hətta Göyçə camaatına zülm edən erməni generalı Sulikov məhz Zodda zərərsizləşdirilib.

Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın ötən əsrdə dörd dəfə deportasiyaya məruz qaldığını xatırladan Ə.Əmiraslanov atası, Əməkdar müəllim Tapdıq Əmiraslanovun söylədiklərinə istinad edərək vurğulayıb ki, 1948-1953-cü illərdə ermənilər azərbaycanlılara yalan vədlər verib, saxta təbliğat aparıb, müxtəlif təzyiqlərlə yerli əhalini köçməyə məcbur ediblər.

Akademik təəssüflə qeyd edib ki, həmin dövrdə Azərbaycanın bəzi vəzifəli şəxsləri də Moskvadan gələn göstərişlər əsasında bu saxta təbliğat prosesinə cəlb edilib, azərbaycanlıların kütləvi şəkildə Aran zonasına köçürülməsində müəyyən mənada iştirakçı olublar. Köçürülən azərbaycanlıların böyük əksəriyyəti iqlim dəyişikliyinə məruz qalıb, müxtəlif xəstəliklərə yoluxub, həyatlarını itiriblər.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 400 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 400 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 400 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 400 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 400 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 400 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 400 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 400 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 400 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 400 baxış
Seçilmişlər
icon