Hadisə
Pleyeri seçin:
Sui-qəsd sifarişinin detalları | DTX-nin bu addımı din xadimini xilas etdi
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti yəhudi dini icmasının ravininə qarşı sui-qəsd hazırlayan iki şübhəlini zərərsizləşdirib.
“Bu, əsl möcüzə idi” başlığı ilə “Chabad” yəhudi mediası məlumat paylaşıb.
Xəbərdə bildirilib ki, DTX Azərbaycan vətəndaşı Aqil Aslanovu və Gürcüstan vətəndaşı Ceyhun İsmayılovu hadisəni törətməzdən öncə ifşa edərək həbs etməkləri ilə terrorun qarşısını alıb.
Yəhudi mediası iddia edir ki, Azərbaycan yəhudi icmasının yüksəkrütbəli nümayəndəsinə sui-qəsd sifarişini sözügedən iki şəxs İran və İslam İnqilabı Keşikçiləri Korpusundan alıb.
Kopyalandı
Seçilmişlər