Pleyeri seçin:

Tarixi ədaləti bərpa etmişik | İlham Əliyev - Baku TV

25 fevral 2026 137 baxış

Son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır.

Bunu Prezident İlham Əliyev fevralın 25-də Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

"Uzun illər əzab-əziyyət içində yaşamısınız. Köçkün həyatı ağır həyatdır, həm mənəvi əzablar, həm fiziki çətinliklər, öz doğma torpağını tərk edib başqa yerə, hətta Azərbaycanın içində olsa belə getmək və əzab-əziyyət içində yaşamaq böyük sınaqdır. Siz bu sınaqdan şərəflə çıxmısınız. Əminəm ki, bütün Azərbaycan xalqı, siz də hər zaman inanırdınız ki, bu gün gələcək və bu torpaqları biz azad edəcəyik, ədaləti bərpa edəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Bildiyiniz kimi, vaxtilə işğal edilmiş torpaqların böyük hissəsi beş il bundan əvvəl Vətən müharibəsi zamanı azad olunsa da, Xocavənd hələ də işğal altında qalmışdı və xocavəndlilər də hesab edirdilər ki, nə vaxtsa vəziyyət dəyişəcək.

Əminəm, cəmiyyətdə inam var idi ki, bir qarış torpaq da düşmənin tapdağı altında qalmayacaq və biz buna da nail olduq. Artıq iki ildən çoxdur ki, bütün əraziyə – Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət edirik. Düşmənin sonuncu yuvasını da dağıtmışıq, separatçıları da qovmuşuq, onları da məhkəmə qarşısında cavab verməyə məcbur etmişik və ədaləti tam bərpa etmişik. Ona görə artıq o ağır dövr geridə qaldı, arxada qaldı, bir daha qayıtmayacaq. Bu gün dövlətimiz güclüdür, Ordumuz güclüdür və xalqımız bu illər ərzində artıq bütün dünyaya öz böyüklüyünü göstərmişdir. Son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır".

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Siyasət
16 aprel 2026 137 baxış
İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib - Baku TV

İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib - Baku TV

Siyasət
16 aprel 2026 137 baxış
Trampın sözündən sonra Çin İranı dəstəkləməkdən geri çəkilir? - AKTUAL GÜNDƏM

Trampın sözündən sonra Çin İranı dəstəkləməkdən geri çəkilir? - AKTUAL GÜNDƏM

Siyasət
16 aprel 2026 137 baxış
"Bizim üçün möcüzə kimi idi" | Ukraynada dağıdılan şəhərlərin bərpasında Azərbaycanın rolu - Baku TV

"Bizim üçün möcüzə kimi idi" | Ukraynada dağıdılan şəhərlərin bərpasında Azərbaycanın rolu - Baku TV

Siyasət
16 aprel 2026 137 baxış
Prezident İlham Əliyev Türkiyədə | Qarşılanma anından görüntülər

Prezident İlham Əliyev Türkiyədə | Qarşılanma anından görüntülər

Siyasət
16 aprel 2026 137 baxış
Prezident İlham Əliyevin Antalyada qarşılanma anı

Prezident İlham Əliyevin Antalyada qarşılanma anı

Siyasət
16 aprel 2026 137 baxış
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - Baku TV

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - Baku TV

Siyasət
16 aprel 2026 137 baxış
Büdcə siyasətinin hədəfləri açıqlanıb | Trampın İrandan sonrakı hədəfi - YENİ BİR SƏHƏR

Büdcə siyasətinin hədəfləri açıqlanıb | Trampın İrandan sonrakı hədəfi - YENİ BİR SƏHƏR

Siyasət
16 aprel 2026 137 baxış
"Bu hadisələr bizi dərindən kədərləndirir" | Azərbaycan XİN qardaş ölkəyə başsağlığı verdi - Baku TV

"Bu hadisələr bizi dərindən kədərləndirir" | Azərbaycan XİN qardaş ölkəyə başsağlığı verdi - Baku TV

Siyasət
16 aprel 2026 137 baxış
Şuşada Azərbaycan-Latviya Birgə Hökumətlərarası Komisyanın 9-cu iclası keçirilib - Baku TV

Şuşada Azərbaycan-Latviya Birgə Hökumətlərarası Komisyanın 9-cu iclası keçirilib - Baku TV

Siyasət
15 aprel 2026 137 baxış
Seçilmişlər
icon