Siyasət
Pleyeri seçin:

Tərəflərə eyni məsafədən yanaşılmalıdır | Türkiyə XİN

05 aprel 2024

Aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan Ermənistan, Aİ və ABŞ arasında üçtərəfli görüşün regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, Azərbaycanın iştirakını nəzərdə tutmayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etmək yerinə bölgənin geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq.

“Üçüncü ölkələri proses kontekstində atacaqları addımlarda regionun xüsusiyyətlərini nəzərə almağa və tərəflərə eyni məsafədən yanaşmağa çağırışımızı bir daha təkrar edirik. İnanırıq ki, Cənubi Qafqaz regionda bərqərar olacaq daimi sülh və sabitlik əsasında yüksələcək və layiq olduğu regional rifaha nail olacaq. Türkiyə həmişə olduğu kimi bu məsələdə üzərinə düşəni etməyə davam edəcək və Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə olunması üçün tarixi fürsətdən istifadəni təşviq etməyə davam edəcək”, – deyə bəyanatda vurğulanıb.

Həmçinin əlavə olunub ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfəri ilə işğal olunmuş torpaqların azad edilməsi və 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağda həyata keçirilən antiterror tədbirləri ilə bütün ölkə üzərində suverenliyinin bərpası nəticəsində regionda daimi sülh və sabitliyin bərqərar olması üçün tarixi fürsət yaranıb:

“Bu tarixi fürsətin uğurla nəticələnməsinə çox yaxın olduğumuz bir vaxtda üçüncü tərəflərin, xüsusən də qeyri-regional aktorların prosesə ədalətli və qərəzsiz yanaşması, prosesə zərər vurmamaq üçün ehtiyatlı olması daha vacib olub”.

Azərbaycan XİN-dən İbrahim Rəisi və digər ölkə rəsmiləri ilə bağlı başsağlığı

Azərbaycan XİN-dən İbrahim Rəisi və digər ölkə rəsmiləri ilə bağlı başsağlığı

Siyasət
20 may 2024
İranda milli matəm elanı | Əməkdaşımızdan son məlumatlar

İranda milli matəm elanı | Əməkdaşımızdan son məlumatlar

Siyasət
20 may 2024
İlham Əliyev Rəisinin ölümü ilə bağlı Xameneiyə başsağlığı verdi

İlham Əliyev Rəisinin ölümü ilə bağlı Xameneiyə başsağlığı verdi

Siyasət
20 may 2024
Azərbaycan XİN İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib

Azərbaycan XİN İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib

Siyasət
20 may 2024
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi

Siyasət
20 may 2024
Prezident İlham Əliyevdən Seyid İbrahim Rəisiyə təşəkkür

Prezident İlham Əliyevdən Seyid İbrahim Rəisiyə təşəkkür

Siyasət
19 may 2024
İlham Əliyevdən rəsmi İrəvana sərt xəbərdarlıq

İlham Əliyevdən rəsmi İrəvana sərt xəbərdarlıq

Siyasət
19 may 2024
Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər | İlham Əliyev

Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər | İlham Əliyev

Siyasət
19 may 2024
Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü

Siyasət
19 may 2024
İran və Azərbaycanı birləşdirən layihələrin əhəmiyyəti

İran və Azərbaycanı birləşdirən layihələrin əhəmiyyəti

Siyasət
19 may 2024
Seçilmişlər
icon