Pleyeri seçin:
Tramp sülh sazişi haqqında hansı fikirdədir? | Bakıda tarixi çıxış
Ermənistanla sülh sazişinin yekunlaşdırılması münasibətilə ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs təbriklərə qoşulub.
E.Ceykobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında çıxış edərkən bu sülh sazişinin regionda sabitlik və iqtisadi inkişafı təşviq edəcəyini vurğulayıb.
O qeyd edib ki, bu sənəd Cənubi Qafqazda davamlı sabitlik və təhlükəsizlik yaradacaq və bölgəyə rifah gətirəcək.
Həmçinin ABŞ Prezidenti Donald Trampın da sülh sazişinin imzalanması və ratifikasiya prosesini diqqətlə izlədiyini qeyd edərək bu mərhələnin regionda sabitliyi təmin etməklə yanaşı, iqtisadi inkişafı da dəstəkləyəcəyini vurğulayıb.
Kopyalandı
