Pleyeri seçin:

Turan pul vahidi dövriyyəyə buraxılacaq | Tarix məlum oldu

15 iyul 2024 97 baxış

"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişdə bildirilib ki, Azərbaycanın beynəlxalq aləmdəki rolu, apardığı çoxşaxəli xarici siyasət xətti və qlobal çapda hiss olunan nüfuzu ötən həftə boyunca da xarici media resurslarında müzakirələrə səbəb olub.

Rusiyanın TASS informasiya agentliyi “Azərbaycan BRİKS-ə üzv olmaq arzusunu açıqlayıb” başlıqlı məqalə dərc edib. Mənbə xəbər verir ki, bu barədə VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova BRİKS ölkələrinin X Parlament Forumunun plenar iclasında çıxışı zamanı deyib.

Qırğızıstanın “For.kg” nəşri “Turan Birliyi dünyada yeni geosiyasi gücün yaranmasının müjdəçisi olacaq” başlıqlı məqalə dərc edib. Bildirilib ki, dünya xəritəsində hərbi-iqtisadi “Turan” kimi yeni birliyin formalaşması sabitlik yaratmağa qadir olan yeni geosiyasi gücün meydana çıxmasından xəbər verəcək və türklərə dünya oyunçuları qarşısında təhdidlərə və tarazlığa birgə müqavimət göstərməyə imkan verəcək.

Məqalədə o da qeyd olunub ki, ola bilsin ki, ittifaq yarandıqdan və türk ölkələrinin iqtisadi potensialı inkişaf edəndən 10-15 il sonra Turan pul vahidi dövriyyəyə buraxılsın. Turan pul vahidinin olması türkdilli dövlətlərə dünya valyutalarının təsirini azaltmağa, ticari-iqtisadi əlaqələri gücləndirməyə imkan verəcək.

Hindistanın “The Hindu” nəşri “Ermənistan və Azərbaycan ABŞ-nin vasitəçiliyi ilə sülh danışıqları aparacaq” başlıqlı məqalə dərc edib. Məqalədə bildirilib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri iyulun 10-da Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə danışıqların növbəti raundu üçün görüşüblər.

Qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında sülhə mane olan əsas məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmasıdır.

İran Azərbaycandan su alacaq? | GLOBAL PANORAMA

İran Azərbaycandan su alacaq? | GLOBAL PANORAMA

Siyasət
19 dekabr 2025 97 baxış
Qanun fevralın 1-dən deyil, aprelin 1-dən qüvvəyə minə bilər

Qanun fevralın 1-dən deyil, aprelin 1-dən qüvvəyə minə bilər

Siyasət
19 dekabr 2025 97 baxış
Milli Məclisin komitə sədri 15 iyul 1992-ci il tarixli qərardan danışıb

Milli Məclisin komitə sədri 15 iyul 1992-ci il tarixli qərardan danışıb

Siyasət
19 dekabr 2025 97 baxış
Millət vəkili qurumun qətnaməsini tənqid edib

Millət vəkili qurumun qətnaməsini tənqid edib

Siyasət
19 dekabr 2025 97 baxış
AnewZ “Oliqarx sisteminin dizaynı”nı filmə çevirdi - Baku TV

AnewZ “Oliqarx sisteminin dizaynı”nı filmə çevirdi - Baku TV

Siyasət
19 dekabr 2025 97 baxış
Vladimir Putindən Avropa İttifaqına sərt xəbərdarlıq - Baku TV CANLI

Vladimir Putindən Avropa İttifaqına sərt xəbərdarlıq - Baku TV CANLI

Siyasət
19 dekabr 2025 97 baxış
Milli Məclis AP-nin Azərbaycana qarşı qətnaməsinə bəyanatla cavab verdi - Baku TV

Milli Məclis AP-nin Azərbaycana qarşı qətnaməsinə bəyanatla cavab verdi - Baku TV

Siyasət
19 dekabr 2025 97 baxış
Milli Məclisdən Avropa Parlamentinə qarşı bəyanat

Milli Məclisdən Avropa Parlamentinə qarşı bəyanat

Siyasət
19 dekabr 2025 97 baxış
Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI

Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI

Siyasət
19 dekabr 2025 97 baxış
Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV

Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV

Siyasət
19 dekabr 2025 97 baxış
Seçilmişlər
icon