Dünya mediası Azərbaycanın qələbəsi və hərbi gücündən nələr yazdı? - BİZDƏN NƏ DANIŞIRLAR?
Yeniliklərdən dərhal xəbərdar olun
“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, İsveçin “Agenda Nexus” analitik platformasında Azərbaycanın Zəfər Gününə və onun Cənubi Qafqazda yeni reallıqların formalaşmasındakı roluna həsr edilmiş “Qafqazı dəyişdirən qələbə” başlıqlı məqalə dərc olunub.
Müəllif qeyd edir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi 30 illik işğala son qoyaraq sülh, enerji əməkdaşlığı və regional inteqrasiya dövrünün başlanğıcını qoyub.
Vurğulanır ki, Azərbaycan hərbi üstünlüyü diplomatik çevikliklə birləşdirərək öz ərazi bütövlüyünü bərpa edib və regionda sabitliyin möhkəmlənməsini təmin edib.
Azərbaycan Qarabağ üzərində nəzarəti bərpa etməsinin ildönümünü qeyd edərək Cənubi Qafqazda yeni sülh mərhələsinin əsasını qoydu ki, bu da həm ölkə, həm də bütün region üçün tarixi bir məqamdır.
Bu barədə “Euronews” televiziya kanalının internet səhifəsində dərc olunan məqalədə qeyd olunub.
“Azərbaycanın Hərbi paradı Cənubi Qafqazda yeni tarixi mərhələnin başlanğıcıdır” sərlövhəli xəbərdə bildirilib ki, Hərbi paradda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın qazandığı Zəfərin regionun inkişafı üçün yeni perspektivlərin açdığını, ölkənin isə strateji və iqtisadi inkişafında böyük rol oynayacağını vurğulayıb.
#İkinci Qarabağ müharibəsi teqi istifadə olunub
- "İyulda qayıda bilərdi, amma...” | Televiziyanın sakit əməkdaşı cəbhədə necə qəhrəmana çevrildi?
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Qələbə qazanmaq və sülhə nail olmaq | Azərbaycanın nümunəvi yolu - Baku TV
- İlham Əliyev: "Biz özümüzü müdafiə etdik, düşməni məğlub etdik" - Baku TV
- Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV
