Pleyeri seçin:
Türkiyə MTŞ-də Azərbaycan-Ermənistan münasibətləri müzakirə edildi
Türkiyədəki seçkilərdən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının yeni tərkibdə iclası keçirilib.
Toplantıda Azərbaycan və Ermənistan münasibətləri də müzakirə edilib. “Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişdən məmnunuq”, – bu sözlər Türkiyə MTŞ-nin yaydığı bəyanatda əks olunub.
Sənəddə qeyd olunub ki, Azərbaycan və Ermənistan arasındakı münaqişənin ədalətli həlli Qafqazda davamlı sülhün bərqərar olması üçün əsas olacaq və qlobal sabitliyə mühüm töhfələr verəcək.
Bəyanatda həmçinin terrorla mübarizə, suriyalı qaçqınların geri qayıtması, Ukrayna müharibəsi, Kosovo böhranı, Sudanda münaqişə kimi məsələlərə toxunulub.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Niğde vilayətində güclü sel
- Amerika Birləşmiş Ştatları Prezidenti Türkiyəyə səfər edəcək - Baku TV CANLI
- Alper Özel Orta Dəhliz layihəsindən danışdı
- Paşinyandan Türkiyə liderinə kritik zəng: Ermənistan Ankaradan nə gözləyir? - AKTUAL GÜNDƏM
- Bakı-Tbilisi-Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istismara verildi - Baku TV
