Siyasət
Pleyeri seçin:
Türkiyə Prezidenti amfibiya təyyarəsinə görə İlham Əliyevə təşəkkür etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə Türkiyədə baş verən yanğınların söndürülməsində göstərdiyi köməyə görə təşəkkür edib.
Ölkə başçısı bu barədə Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
“Bir millət, iki dövlət” anlayışı ilə hərəkət etdiyimiz can Azərbaycanımızın Prezidenti, əziz qardaşım İlham Əliyevə ürəkdən minnətdarlığımı bildirirəm. İlham qardaşım sadəcə zəng etmədi, həm də ölkəmizə “BE-200ÇS” tipli amfibiya yanğınsöndürən təyyarəsini göndərməklə yanğınla mübarizəmizə güclü dəstək verdi. Çətin günlərimizdə daim dəstək olduğumuz azərbaycanlı qardaşlarımızla bundan sonra da hər sahədə birliyimizi davam etdirəcəyik”, – deyə o bildirib.
Kopyalandı
Seçilmişlər