Pleyeri seçin:

Türkiyə, Qazaxıstan və İsrail prezidentlərindən İlham Əliyevə zəng - Baku TV

24 dekabr 2025 661 baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Türkiyə Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan və Türkiyə prezidentlərinin qarşılıqlı səfərləri məmnunluqla xatırlanaraq bütün bunların qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərimizin inkişafında roluna toxunulub.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycana səfərini qeyd edərək iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 12-ci iclasının uğurlu nəticələrini vurğulayıb.

Telefon danışığı əsnasında dövlət başçıları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə zəng edib.

Qazaxıstan dövlətinin başçısı Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və cansağlığı arzulayıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon danışığı əsnasında ölkələrimiz arasında dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub.

Bu xüsusda Azərbaycan Prezidentinin oktyabrda Qazaxıstana dövlət səfəri, həmçinin Kasım-Jomart Tokayevin ölkəmizə səfəri məmnunluqla xatırlanıb.

Dövlət başçıları əməkdaşlığımızın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar. İsrail Prezidenti İsxak Hersoq da Prezident İlham Əliyevə zəng edib.

Prezidentin mətbuat xidmətindən verilən xəbərə görə, İsrail Prezidenti dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı ölkələr arasında əlaqələrin inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Banner
Qafqaz Müsəlmanlar İdarəsi İrəvandakı tədbiri sərt tənqid etdi - Baku TV CANLI

Qafqaz Müsəlmanlar İdarəsi İrəvandakı tədbiri sərt tənqid etdi - Baku TV CANLI

Siyasət
11 noyabr 2026 661 baxış
Prezident İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib - Baku TV

Prezident İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib - Baku TV

Siyasət
11 noyabr 2026 661 baxış
Prezident İlham Əliyevin Türkiyə Respublikasına səfəri noyabrın 11-də başa çatıb - Baku TV

Prezident İlham Əliyevin Türkiyə Respublikasına səfəri noyabrın 11-də başa çatıb - Baku TV

Siyasət
11 noyabr 2026 661 baxış
Ərəb qrafikalı məzar daşları | Qədim kənddən dövrümüzə qalan son nişanələr nədir?

Ərəb qrafikalı məzar daşları | Qədim kənddən dövrümüzə qalan son nişanələr nədir?

Siyasət
11 noyabr 2026 661 baxış
“Bu, növbəti təxribatdır” | Ermənistanda həbs edilən əsgərimizlə bağlı nə baş verir? - Baku TV

“Bu, növbəti təxribatdır” | Ermənistanda həbs edilən əsgərimizlə bağlı nə baş verir? - Baku TV

Siyasət
11 noyabr 2026 661 baxış
Ermənistanın bu ərazisində azərbaycanlılara aid məzarlar üzə çıxdı - Baku TV

Ermənistanın bu ərazisində azərbaycanlılara aid məzarlar üzə çıxdı - Baku TV

Siyasət
11 noyabr 2026 661 baxış
Prezident və birinci xanım COP31-in Liderlər Sammitində iştirak etdilər - Baku TV

Prezident və birinci xanım COP31-in Liderlər Sammitində iştirak etdilər - Baku TV

Siyasət
11 noyabr 2026 661 baxış
Azərbaycan irsini erməniləşdirmək və məhv etmək istəyənlərin əməlləri - Baku TV

Azərbaycan irsini erməniləşdirmək və məhv etmək istəyənlərin əməlləri - Baku TV

Siyasət
11 noyabr 2026 661 baxış
Türkiyə dünyəvi tədbir olan COP31-ə ev sahibliyi edir - Baku TV CANLI

Türkiyə dünyəvi tədbir olan COP31-ə ev sahibliyi edir - Baku TV CANLI

Siyasət
11 noyabr 2026 661 baxış
İqlim diplomatiyası və yaşıl enerji strategiyası Bakıdan Antalyaya uzanıb - Baku TV

İqlim diplomatiyası və yaşıl enerji strategiyası Bakıdan Antalyaya uzanıb - Baku TV

Siyasət
11 noyabr 2026 661 baxış
Seçilmişlər
icon