Türkiyədə 800 bələdiyyə var, bizdə 1600 | Siyavuş Novruzovdan açıqlama
"Türkiyədə 800, bizdə isə 1600 bələdiyyə fəaliyyət göstərir. Bələdiyyələrin sayları çoxdur, azaldılmalıdır".
Bunu Milli Məclisin fevralın 1-də keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
O təklif edib ki, bələdiyyə sədrləri üzvlər tərəfindən deyil, seçicilər tərəfindən seçilsin:
"Bələdiyyə sədrlərinin də xalq tərəfindən seçilməsinin Məcəllədə əksini tapmasını istəyirik. Digər məsələ odur ki, namizəd olmaq üçün tələb olunan sənədlər çoxdur. Prezidentliyə namizədlə bələdiyyə üzvünə namizədlər təxminən eyni sənədlər təqdim etməli olurlar. Bu cür sənədlərin yığılması çətinlik yaradır. Seçki Məcəlləsinə baxılmalıdır. Növbəti seçkilərdə azad edilmiş ərazilərimizdə də biz bələdiyyələri formalaşdıracağıq".
#Milli Məclis teqi istifadə olunub
- Milli Məclisin komitə sədrindən sərt açıqlama
- Avropa İttifaqının ikili standart sindromu - Baku TV
- Amnistiya qərarı kimlərə şamil olunmayacaq? | Milli Məclisin komitə sədrindən açıqlama - Baku TV
- Qanun fevralın 1-dən deyil, aprelin 1-dən qüvvəyə minə bilər
- Milli Məclisin komitə sədri 15 iyul 1992-ci il tarixli qərardan danışıb
