Pleyeri seçin:

Türkiyəli nazir Zəngəzur dəhlizinin Türk dünyasına birbaşa çıxış verəcəyini bildirib - Baku TV

31 dekabr 2025 565 baxış

“Zəngəzur dəhlizi dünyadakı ən yüksək tutumlu dəhlizlərdən biri olacaq”.

Bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

O bildirib ki, dünyadakı risklər nəzərə alındıqda alternativ dəhlizlər çox vacibdir və Zəngəzur dəhlizinin bu baxımdan əhəmiyyəti böyükdür.

“Bizə dəhlizin tutumu baxımından və fövqəladə vəziyyətlər üçün alternativlər lazımdır. Bu alternativləri biz yaratmalıyıq. Bura bizim üçün həqiqətən çox qiymətlidir. Eyni zamanda Türk dünyasına və Türk dövlətlərinə birbaşa nəqliyyat imkanı təmin edəcəyik”, – deyə nazir vurğulayıb.

Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsinin Ermənistanla irəliyə doğru addımlar ata bilməsi üçün əvvəlcə Azərbaycanla razılığın əldə olunmasının vacib olduğunu da bildirib.

Hazırda danışıqların aparıldığını qeyd edən Uraloğlu Ermənistanın Zəngəzur dəhlizinə qarşı çıxmadığını da vurğulayıb:

“Ermənistanın əvvəlki və indiki nəqliyyat nazirləri ilə danışmışam. Onların Zəngəzur dəhlizinə qarşı çıxmaq kimi bir niyyətləri yoxdur. Azərbaycanla görüşlər aparılır və ABŞ Prezidenti Tramp da prosesi yaxından izləyir.

Azərbaycan və Ermənistan əvvəlcə oturub razılığa gəlməlidir. Ondan sonra biz Türkiyə olaraq yaxşı qonşuluq münasibətləri çərçivəsində Ermənistanla daha irəliyə doğru addımlar ata bilərik. Amma bizim üçün prezidentimizin yanaşması da bu yöndədir. Ermənistan Baş naziri Paşinyanın həqiqətən bu nöqtədə irəliləyiş üçün ciddi məsuliyyətlər götürdüyünü bilirik”. 

Banner
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 565 baxış
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 565 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 565 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 565 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 565 baxış
Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Siyasət
02 noyabr 2026 565 baxış
Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
02 noyabr 2026 565 baxış
Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Siyasət
02 noyabr 2026 565 baxış
Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Siyasət
02 noyabr 2026 565 baxış
Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Siyasət
02 noyabr 2026 565 baxış
Seçilmişlər
icon