Türkmənistan mediası liderlərin Qarabağ səfərindən nələr yazdı? - BİZDƏN NƏ DANIŞIRLAR?
“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri və səfər çərçivəsində işğaldan azad edilən Qarabağda aparılan quruculuq işləri ilə tanış olması bu ölkənin mətbuatında geniş işıqlandırılıb.
Türkmənistanın “Turkmenportal” nəşrində diqqətə çatdırılıb ki, Türkmənistan və Azərbaycan xalqları ortaq tarixə, dinə, mədəniyyətə, milli-mənəvi dəyərlərə malikdirlər və bu amillər iki xalqın birliyini, dövlətlərin isə uzunmüddətli əməkdaşlığını şərtləndirir.
Qeyd olunub ki, Türkmənistan ilə Azərbaycan nəqliyyat, tranzit, ticarət, energetika sahələrində əməkdaşlıq əlaqələrini davam etdirir və gələcəkdə münasibətlərini daha da möhkəmləndirəcək.
ABŞ Prezidenti Donald Tramp Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə uğurla və birdəfəlik həll olunacağını bildirib.
Bu barədə Rusiyanın “Kommersant” nəşrində yayımlanan xəbərdə qeyd olunub.
Vurğulanıb ki, amerikalı lider Vaşinqtonda NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev Milix Yevdayevin təltif edilməsi barədə sərəncam imzaladı - Baku TV
- İlham Əliyev səfirlərin təyinatı ilə bağlı sərəncam imzalayıb - Baku TV
- Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi - Baku TV
- Prezident İlham Əliyev fərman imzaladı - Baku TV
- Avropanın enerji xəritəsində Azərbaycan faktoru - Baku TV
