Pleyeri seçin:

Üçkilsəni ermənilər necə Eçmiədzin etdilər? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

12 iyun 2024 344 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində ermənilər tərəfindən zaman-zaman azərbaycanlı əhalisi sıxışdırılaraq çıxarılan və ağır mərhumiyyətlərə düçar edilən Üçkilsə rayonu haqqında süjet hazırlanıb.

"İrəvan xanlarının əlamətdar günlərini keçirdiyi Üçkilsə" adlı süjetdə son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətindən, soydaşlarımızın məşəqqətlərə məruz qalmasından bəhs olunur.

Bildirilib ki, Qərbi Azərbaycanın Karbibasar mahalında, şərqdən Göyçə gölü, şimaldan Alagöz, cənubdan Ağrı dağı ilə sərhədi olan Ağrı vadisində, qədim İrəvan şəhərinin yaxınlığında yerləşən Üçkilsə rayonunun adı IV əsrdə, yəni 303-cü ildə tikilən məbədin adı əsasında yaranıb. 1502-1827-ci illərdə İrəvan xanlığının inzibati ərazi bölgüsünə daxil edilib.

1827-ci ildə Çar Rusiyası tərəfindən işğal edilən, etnik tərkibi əsasən azərbaycanlılar olan bu məkana 1828-1830-cu illərdə İranın Xoy və Salmas, Türkiyənin Van, Sasun, İğdır, Sürməli vilayətlərindən ermənilər köçürülüb.

1918-ci ildə erməni-daşnak quldur dəstələri tərəfindən Üçkilsədə əksər yaşayış məntəqələri yerlə-yeksan edilib, minlərlə əhali qırılıb və etnik ərazilərindən qaçqın düşüb. 1918-1919-cu illərdə rayondakı azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulublar.

Diqqətə çatdırılır ki, Üçkilsə kimi tanınan bu rayonun adı 1930-cu il sentyabrın 9-da rəsmən dəyişdirilərək Vağarşabad adlandırılıb və 1938-ci ildə respublika tabeli şəhər statusu verilib. 1945-ci il martın 12-dən isə adı yenidən dəyişdirilərək Eçmiədzin qoyulub. 1932-ci ilin inzibati bölgüsünə görə Üçkilsə rayonu ərazisində olan 52 kənddə sırf azərbaycanlılar yaşayıblar.

1948-1953-cü illərdə bu ərazidə yaşayan azərbaycanlılar deportasiya ediliblər. Azərbaycanlıların ata-baba yurdlarından qovulmasının növbəti yeni mərhələsi 1950-ci illərin sonlarından başlayıb və 1988-ci ildə sona çatıb. Bundan sonra Üçkilsə rayonu üzrə 50 tarixi yer adları dəyişdirilib. 1995-ci ildə Üçkilsə rayonunun ərazisi Armavir mərzliyinə daxil edilib.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 344 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 344 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 344 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 344 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 344 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 344 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 344 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 344 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 344 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 344 baxış
Seçilmişlər
icon