Uşaqların başını bürümüşdük ki, atılan daşlar onlara dəyməsin | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
“Ermənilər bizə türkes deyib 10 qəpiklik kökəni vermədilər” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Qaraqaya kənd sakini Validə Ağamalıyevanın həyat hekayəsinə həsr olunub.
Onun sözlərinə görə, ermənilər sonuncu deportasiyada insanlara çox həyəcanlı günlər yaşadıblar:
“Hadisələr 1988-ci ildən başladı. Övladım, atam-anam, qayınata, qayınana, qayınlarım, qohum-əqrəbam – hamı kənddə idi. 1989-cu ilin dekabr ayında bizimkilər oradan çıxmalı oldular. Ayaqyalın dağ yolları ilə gələnlərin ayağını maroz aparmışdı. Ermənilər kənddə olan adamların var-dövlətini əllərindən alırdılar.
Bizim adamları yük maşınına doldurub Gədəbəyə göndəriblər. Yolda ermənilər onlara daşlar atıblar. Uşaqların başını bürüyüblər ki, daş dəyməsin. Anamın qoluna da daş dəymişdi. Ağrılı-acılı günlərimiz çox olub. İllər keçir, amma bunları unutmuruq. Nə kəndimi, nə kəndimin meşələrini, nə çayı, nə yolları unutmuram.
Bu dəqiqə o evlər xəritə kimi gözümün qabağındadır. O kəndə getsəm, ilk olaraq həsrətdə qalan məzarları ziyarət edərəm. O Təpəbaşında dayanıb kəndimizi seyr edərəm. Danışmaq çox ağrılı-acılıdır. Vətən həsrəti çox pis və çox çətin bir şeydir”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın ərazi iddiaları hansı tarixi hadisələrdən sonra rəsmiləşdirildi? - Baku TV
- Qırğının, deportasiyanın və repressiyanın hədəfi olan Basarkeçər kəndinin gerçək tarixi - Baku TV
- Ermənistanın toponim soyqırımı: Azərbaycan irsini silmək üçün adı dəyişdirilən kənd - Baku TV
