Xəzəryanı dövlətlər ekoloji problemlərin həlli üçün bir araya gəldilər - Baku TV
Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşünün ardınca geniş tərkibdə iclası keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Bu barədə Baku TV-nin Türkmənistana ezam olunan müxbiri Xatirə Məmmədova məlumat verib.
Bildirilib ki, görüşün sonunda MDB çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanıb.
Daha sonra Prezident İlham Əliyevin də iştirakı və çıxışı ilə Xəzər Ekologiya Sammiti baş tutub. Türkmənistan Prezidentinin təşəbbüsü ilə təşkil olunan sammitdə Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması, ətraf mühitin mühafizəsi və Xəzəryanı dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Görüşün əsas gündəliyində Xəzər dənizinin səviyyəsinin azalması, iqlim dəyişmələrinin təsirləri, biomüxtəlifliyin və bioloji ehtiyatların qorunması, eləcə də dənizin çirklənməsinin qarşısının alınması kimi aktual problemlər yer alıb. Xüsusilə Xəzərin səviyyəsinin aşağı düşməsi ilə bağlı Xəzəryanı ölkələrin birgə elmi və praktiki fəaliyyətinin vacibliyi vurğulanıb.
Sammit Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında ekoloji sahədə regional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.
#MDB Dövlət Başçıları Şurası teqi istifadə olunub
- Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi - Baku TV
- İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - Baku TV
- Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - Baku TV CANLI
- İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksində
- "2028-ci ildə MDB Dövlət Başçıları Şurasının iclası Azərbaycanda keçiriləcək" | Prezident - Baku TV
