XİN-dən İrəvandakı vandallığa sərt reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.
Bunu XİN-in sözçüsü Ayxan Hacızadə “Twitter”də bildirib. “Bu cür nifrət hərəkətinə qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir. Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”, – deyə diplomat vurğulayıb.
Qeyd edək ki, İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı səhnəyə gətirildikdən sonra salondan bir nəfər əlində yandırıcı maddə ilə ortaya çıxıb. Bayrağımıza od vuraraq salondan çıxarıb. Sosial şəbəkələrin erməni seqmetində yayılan məlumata görə, sözügedən vandallığı törədən Aram Nikolyan adlı erməni dizayner olub.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
