XİN-dən növbədənkənar seçkilərlə bağlı açıqlama
Xarici İşlər Nazirliyi fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün rəsmi nota göndərdiyi beynəlxalq təşkilatların əksəriyyətindən müsbət cavab aldığını açıqlayıb.
Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, beynəlxalq təşkilatlara dəvət məqsədilə rəsmi Bakı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərib.
Mövcud prosedura əsasən, həmin təşkilatlar üzv dövlətlərə müraciət edərək müvafiq ölkədəki seçkiləri müşahidə etməyə çağırış edirlər.
Ayxan Hacızadə həmçinin vurğulayıb ki, 7 fevral seçkilərini izləmək məqsədilə xarici KİV-lərdən də çoxsaylı müraciətlər alınıb və akkreditasiya prosesi yekunlaşdıqdan sonra onların dəqiq sayı barədə məlumat veriləcək.
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) teqi istifadə olunub
- Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI
- Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- XİN-dən Fransaya səfər planlaşdıran Azərbaycan vətəndaşlarına xəbərdarlıq - 24 SAAT
