Pleyeri seçin:

Xocalı soyqırımı ilə bağlı paylaşımlar | Faciə qurbanlarının xatirəsi yad edildi

27 fevral 2025 193 baxış

26 fevral Xocalı soyqrımının 33-cü ildönümüdür. Bu günlə bağlı dünya ölkələri Azərbaycana başsağlığı verib.

İlk paylaşım qardaş Türkiyədən gəlib. "Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxşı və pis gündə bir olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm", ‒ deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" hesabında yazıb.

"Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar da Xocalı qətliamı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. "İllər keçsə də, Xocalı faciəsinin acısı qəlbimizdə təzədir", ‒ deyə o qeyd edib.

Türkiyənin Xarici İşlər Nazirliyi də faciə qurbanlarını yad edib. "33 il əvvəl Xocalıda qətlə yetirilən günahsız azərbaycanlı bacı-qardaşlarımızın əziz xatirəsini rəhmət və hörmətlə anır, Can Azərbaycanın kədərini qəlbimizdə daşıyırıq", ‒ deyə qeyd olunub.

Bundan başqa, Böyük Britaniya, Fransa və Pakistanın ölkəmizdəki səfirlikləri də Xocalı faciəsinin ildönümü ilə bağlı başsağlığı verib. Bu barədə səfirliklərin sosial şəbəkə hesablarında paylaşım edilib. Fransa və Böyük Britaniya səfirləri şəhidlərimizə rəhmət diləyib. Pakistan səfirliyinin paylaşımında iki ölkənin bir-biri ilə həmrəy olduğu vurğulanıb.

Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann da Xocalı soyqırımı ilə bağlı paylaşım edib. "33 il əvvəl Xocalıda həyatlarını itirənlərin xatirəsini ehtiramla yad edirik", ‒ deyə diplomat bildirib.

Bizi unutmayanların arasında İsrailin Azərbaycandakı səfirliyi də olub. "Bu gün biz 1992-ci il Xocalı faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. İsrail adından Azərbaycan xalqına başsağlığı verirəm. Bu cür faciələr bizə nifrət və ədalətsizliyə qarşı birləşərək ümumi insanlığımızı müdafiə etməyə dair borcumuzu xatırladır", ‒ deyə yazıda qeyd olunub.

Azərbaycan və Pakistan XİN rəhbərləri hansı məsələləri müzakirə etdi? - Baku TV

Azərbaycan və Pakistan XİN rəhbərləri hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
14 dekabr 2025 193 baxış
COP30 COP29-dan nə ilə fərqləndi? | COP BAKU

COP30 COP29-dan nə ilə fərqləndi? | COP BAKU

Siyasət
14 dekabr 2025 193 baxış
Tirkeş sözünün mənası Azərbaycan döyüş mədəniyyətində nəyi açır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Tirkeş sözünün mənası Azərbaycan döyüş mədəniyyətində nəyi açır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
13 dekabr 2025 193 baxış
Ermənistan Tramp sonrasına hazırlıq görür? | ANALİTİK BAXIŞ

Ermənistan Tramp sonrasına hazırlıq görür? | ANALİTİK BAXIŞ

Siyasət
13 dekabr 2025 193 baxış
Zərdab sakinləri palçıqlı yollardan şikayətləndi - 24 SAAT

Zərdab sakinləri palçıqlı yollardan şikayətləndi - 24 SAAT

Siyasət
13 dekabr 2025 193 baxış
Türkmənistanda "Beynəlxalq Sülh və Etimad Forumu" keçirilib - Baku TV

Türkmənistanda "Beynəlxalq Sülh və Etimad Forumu" keçirilib - Baku TV

Siyasət
12 dekabr 2025 193 baxış
"Ağır xəstə olduğunu bilə-bilə hər şeyi etdi ki..." | Heydər Əliyev: Mədəni siyasət - ARAŞDIRMA

"Ağır xəstə olduğunu bilə-bilə hər şeyi etdi ki..." | Heydər Əliyev: Mədəni siyasət - ARAŞDIRMA

Siyasət
12 dekabr 2025 193 baxış
“Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

“Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
12 dekabr 2025 193 baxış
Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV

Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV

Siyasət
12 dekabr 2025 193 baxış
Azərbaycan-Türkmənistan münasibətləri | Əli Əsədovdan mühüm açıqlamalar - Baku TV

Azərbaycan-Türkmənistan münasibətləri | Əli Əsədovdan mühüm açıqlamalar - Baku TV

Siyasət
12 dekabr 2025 193 baxış
Seçilmişlər
icon