Yunanıstana səfir təyin olunan sabiq agentlik sədri kimdir?
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin oktyabrın 27-də imzaladığı sərəncamla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri Arif Məmmədov vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə Arif Məmmədov ölkəmizin Yunanıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Arif Məmmədov 1982-ci ildə Bakıda anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib.
Xarici İşlər Nazirliyində, Azərbaycanın Çexiya, İsveçrə və Kanadadakı səfirliklərində, Prezident Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb.
2021-ci ilin may ayından oktyabr ayına kimi Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri işləyib.
Arif Məmmədov 2021-ci ilin oktyabrında isə Prezidentin sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdu.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
