Pleyeri seçin:

Zakir Həsənov Vyetnamda bir sıra görüşlər keçirdi | Detallar açıqlandı

03 sentyabr 2025 516 baxış

Sentyabrın 3-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasının Hərbi Dəniz Qüvvələri Komandanlığının qərargahında olub.

Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Əvvəlcə Hanoy şəhərində yerləşən “Qəhrəmanlar və Şəhidlər abidəsi” və Prezident “Ho Chi Minh” mavzoleyi ziyarət edilib.

Daha sonra müdafiə naziri Vyetnam Hərbi Dəniz Qüvvələri komandanı vitse-admiral Tran Thanh Nghiemlə görüşüb.

Görüş zamanı hər iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda general-polkovnik Həsənov Hərbi Dəniz Qüvvələri briqadasını və “Ha Long” buxtasını ziyarət edib, burada yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, Sentyabrın 2-dən müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasında rəsmi səfərdədir. General-polkovnik Həsənov Avqust İnqilabının 80-ci ildönümü və Vyetnam Sosialist Respublikasının Milli Günü münasibətilə keçirilən təntənəli mərasimdə iştirak edib.

Dövlət rəsmiləri, xarici qonaqlar və xeyli sayda vətəndaşın iştirak etdiyi Hanoy şəhərində yerləşən “Ba Dinh” Meydanında keçirilən tədbirdə Vyetnamın azadlıq uğrunda tarixi mübarizəsi xatırlanıb. Mərasim çərçivəsində əlamətdar günə həsr olunmuş hərbi parad keçirilib.

Ermənistan və İran arasında ABŞ-də vacib görüş: Tərəflər nələri müzakirə etdi? - Baku TV

Ermənistan və İran arasında ABŞ-də vacib görüş: Tərəflər nələri müzakirə etdi? - Baku TV

Siyasət
24 sentyabr 2026 516 baxış
İlham Əliyev Çin və İtaliya şirkətlərinin nümayəndələri ilə nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev Çin və İtaliya şirkətlərinin nümayəndələri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
24 sentyabr 2026 516 baxış
İrandan ABŞ-yə ultimatum | Trampla Zelenski ortaq məxrəcə gələ biləcək? - YENİ BİR SƏHƏR

İrandan ABŞ-yə ultimatum | Trampla Zelenski ortaq məxrəcə gələ biləcək? - YENİ BİR SƏHƏR

Siyasət
24 sentyabr 2026 516 baxış
Paytaxtda Çinin 77-ci ildönümü münasibətilə diplomatik və işgüzar dairələr toplandı - Baku TV

Paytaxtda Çinin 77-ci ildönümü münasibətilə diplomatik və işgüzar dairələr toplandı - Baku TV

Siyasət
24 sentyabr 2026 516 baxış
Dövlət başçısı “AzerGold”un Müşahidə Şurası ilə bağlı yeni sərəncam imzalayıb - Baku TV

Dövlət başçısı “AzerGold”un Müşahidə Şurası ilə bağlı yeni sərəncam imzalayıb - Baku TV

Siyasət
23 sentyabr 2026 516 baxış
Azərbaycanın müdafiə sənayesi üçün yeni imkanlar: “ADEX”də əsas hədəflər nələrdir? - HƏRBİ XRONİKA

Azərbaycanın müdafiə sənayesi üçün yeni imkanlar: “ADEX”də əsas hədəflər nələrdir? - HƏRBİ XRONİKA

Siyasət
23 sentyabr 2026 516 baxış
Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı BMT-də hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı BMT-də hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

Siyasət
23 sentyabr 2026 516 baxış
İlham Əliyev İsveçin Azərbaycandakı yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev İsveçin Azərbaycandakı yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
23 sentyabr 2026 516 baxış
BMT-nin sınaq həftəsi: müharibələr, nüvə gərginliyi və yeni dünya nizamı - AKTUAL GÜNDƏM

BMT-nin sınaq həftəsi: müharibələr, nüvə gərginliyi və yeni dünya nizamı - AKTUAL GÜNDƏM

Siyasət
23 sentyabr 2026 516 baxış
Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirə - Baku TV

Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirə - Baku TV

Siyasət
23 sentyabr 2026 516 baxış
Seçilmişlər
icon