Zakir Həsənovdan Türkiyəyə başsağlığı və dəstək mesajı
Yeniliklərdən dərhal xəbərdar olun
“Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin hücumu nəticəsində şanlı türk Ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır”.
Bu barədə Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə ünvanladığı başsağlığında bildirib.
Qeyd edib ki, terrora qarşı aparılan kəskin mübarizədə Azərbaycan daim qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındadır.
“Sizi var gücümüzlə dəstəkləyirik. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”, – deyə müdafiə naziri Zakir Həsənov bildirib.
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
