Siyasət
Pleyeri seçin:

Zaxarovadan Ermənistana mesaj

18 aprel 2024

“Ermənistana ancaq Cənubi Qafqazda Qərbin aləti rolu verilir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

“Aydın məsələdir ki, Vaşinqton və Brüsseldə Rusiya və Ermənistan arasında həm təhlükəsizlik, həm də iqtisadiyyat sahəsində bütün əlaqələri pozmaq, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyinin mexanizmlərini korlamaq məqsədi qoyulub.

Qərb ölkələri Cənubi Qafqazda yaxın qonşuların arasını vurmağa çalışır və burada Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Avropa İttifaqının sadəcə alətidir”, – o qeyd edib.

M.Zaxarova Aİ, ABŞ və Ermənistan arasında Brüssel görüşündə qəbul edilən sənədi də şərh edib:

“Sənəddə rus sülhməramlılarının ABŞ, Aİ və NATO mütəxəssisləri ilə əvəz olunması, amerikalıların və ittifaqın Ermənistan sərhədində Azərbaycan və İrana qarşı pozucu fəaliyyətinin genişləndirilməsi, eləcə də Ermənistanın kritik əhəmiyyət kəsb edən infrastruktur və enerji sisteminin təkrar yönləndirilməsi nəzərdə tutularsa, buna təəccüblənmərik.

Həqiqətən, ABŞ və Aİ nümayəndələri aktiv şəkildə bu fikirləri İrəvana təlqin ediblər. Ermənistana ancaq Cənubi Qafqazda Qərbin aləti rolu verilir. Qərb Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyir. Çünki onlar ancaq bunu etməyi bacarırlar.

Qərb Ermənistanı milli olan hər şeydən məhrum etmək istəyir. Məqsədlərinə çatandan sonra isə Ermənistanı meydanda tək qoyacaqlar”.

Prezident BMT Baş katibinin köməkçisi ilə görüşdü

Prezident BMT Baş katibinin köməkçisi ilə görüşdü

Siyasət
01 may 2024
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi

Siyasət
01 may 2024
Azərbaycanlıların sayı getdikcə azalan rayon | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycanlıların sayı getdikcə azalan rayon | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
01 may 2024
İlham Əliyev Şimali Qafqaz regionunun müftiləri ilə görüşdü

İlham Əliyev Şimali Qafqaz regionunun müftiləri ilə görüşdü

Siyasət
01 may 2024
İlham Əliyev Rusiyanın Baş ravvini Berl Lazarı qəbul etdi

İlham Əliyev Rusiyanın Baş ravvini Berl Lazarı qəbul etdi

Siyasət
01 may 2024
TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyəti Bakıda

TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyəti Bakıda

Siyasət
01 may 2024
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi

İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi

Siyasət
01 may 2024
Baku TV VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda

Baku TV VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda

Siyasət
01 may 2024
Erməni politoloqdan hayları təşvişə salacaq açıqlama

Erməni politoloqdan hayları təşvişə salacaq açıqlama

Siyasət
01 may 2024
Azərbaycandan qisas almaq istəyən Fransanın budəfəki planı nədir?

Azərbaycandan qisas almaq istəyən Fransanın budəfəki planı nədir?

Siyasət
01 may 2024
Seçilmişlər
icon