Siyasət
Pleyeri seçin:

Zaxarovaya şikayət edən erməni jurnalistin məkrli oyunları | Ayk niyə sülhdən danışmır?

18 oktyabr 2024

Oktyabrın 16-da Rusiya Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova brifinqdə erməni jurnalist Ayk Xalatyanın sualını cavablandırıb.

A.Xalatyan M.Zaxarovaya bildirib ki, Azərbaycan guya Xankəndidə ermənilərə məxsus tarixi tikililəri sökür. Ağaya şikayət xarakterli suala cavab verən Mariya Zaxarova isə “bildiyim qədər, söhbət Azərbaycan ərazisindən gedir. Orada bu ölkənin qanunları işləyir”, – deyə cavab verib.

Ayk yenə də şikayət edərək Azərbaycan-NATO əməkdaşlığının guya qonşu ölkələrə, regiona zərər verəcəyini iddia edir və Rusiya XİN rəsmisindən bunu şərh etməsini istəyir.

Erməni jurnalist suallarına istədiyi cavabı ala bilmir. Buna görə də növbəti dəfə cəhd edir. Ayk Mariya Zaxarovaya 3-cü sualını ünvanlayır. Bu dəfə də Azərbaycanı Qarabağda İkinci Dünya müharibəsinə aid tarixi abidələri sökməkdə ittiham edir.

Fikir verin, hər 3 sual Azərbaycana qarşı hazırlanıb və onlardan heç biri sülhlə bağlı deyil.

Jurnalist Ayk Xalatyanın həyat və fəaliyyətinə baxdıqda görmək olur ki, o, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində bir dəfə də təşəbbüs göstərməyib, bu istiqamətdə suallar verməyib.

O, həm də siyasi şərhçi kimi fəaliyyət göstərir. İrəvanda Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəridir. Onun analitik yazıları da jurnalistliyi kimi Azərbaycana qarşı provakativ fikirlərlə doludur.

1978-ci ildə doğulan Ayk Xalatyan yaşadığı Ermənistan üçün də sülh arzulamır, bununla bağlı hər hansı siyasi fikri, araşdırması yoxdur. Yazılarına baxdıqda ancaq inqilaba çağırışlara, Baş nazir Paşinyan əleyhinə təbliğata rast gəlmək mümkündür. Qatıldığı brifinqlərdə də hər zaman sülh istqamətli deyil, münaqişələri qızışdırıcı suallar verir.

Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Siyasət
22 noyabr 2024
COP29-un on ikinci günündə nələr müzakirə ediləcək?

COP29-un on ikinci günündə nələr müzakirə ediləcək?

Siyasət
22 noyabr 2024
Hikmət Hacıyev "Politico"nun məqaləsinə sərt reaksiya verdi

Hikmət Hacıyev "Politico"nun məqaləsinə sərt reaksiya verdi

Siyasət
22 noyabr 2024
Annalena Berbokdan COP29-da açıqlama | Almaniya və Avropa etibarlı tərəfdaşdır

Annalena Berbokdan COP29-da açıqlama | Almaniya və Avropa etibarlı tərəfdaşdır

Siyasət
22 noyabr 2024
Rusiya-Ukrayna münaqişəsi gərgin fazaya keçir | Nüvə silahı istifadə olunacaq?

Rusiya-Ukrayna münaqişəsi gərgin fazaya keçir | Nüvə silahı istifadə olunacaq?

Siyasət
22 noyabr 2024
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirildi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirildi

Siyasət
22 noyabr 2024
Almaniyanın xarici işlər naziri Bakıda mətbuat konfransı keçirib

Almaniyanın xarici işlər naziri Bakıda mətbuat konfransı keçirib

Siyasət
22 noyabr 2024
COP29-da logistika ilə bağlı böyük uğur var | Cin Baderşnayderdən açıqlama

COP29-da logistika ilə bağlı böyük uğur var | Cin Baderşnayderdən açıqlama

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibindən COP29-la bağlı mühüm açıqlama | Tərəflərin təkana ehtiyacı var

BMT-nin Baş katibindən COP29-la bağlı mühüm açıqlama | Tərəflərin təkana ehtiyacı var

Siyasət
22 noyabr 2024
Ceyhun Bayramov və Baxtiyor Saidov zəng zamanı nələri müzakirə etdi? | Detallar açıqlandı

Ceyhun Bayramov və Baxtiyor Saidov zəng zamanı nələri müzakirə etdi? | Detallar açıqlandı

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon