Siyasət
Pleyeri seçin:

Zəngəzur dəhlizi məsələsi həll olunarsa | Elxan Şahinoğlu

08 mart 2024

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində Bakı və İrəvan arasında iki məsələdə – sərhədlərin müəyyən edilməsi prinsipləri və regional kommunikasiyaların açılması mövzusunda fikir ayrılıqlarının yaşandığını deyib.

Bildirib ki, Ermənistan Azərbaycanla sülh sazişində Almatı Bəyannaməsinə istinad edilməsini istəyir. Onun sözlərinə görə, demarkasiya prosesi 1991-ci il Almatı Bəyannaməsinə əsaslanmalıdır. Üstəlik əlavə edib ki, “heç kimin yeni sərhədlər çəkmək səlahiyyəti yoxdur”.

Əslində isə Ermənistan Almatı Bəyannaməsini sülh müqaviləsinə daxil etməklə 1990-cı illərdə işğal edilmiş kəndlərin Azərbaycana qaytarılmasından boyun qaçırmış olur. Lakin İrəvan bu məsələ ilə bağlı Bakıdan müsbət cavab ala bilmir.

Hələ yanvarın 10-da yerli jurnalistlərə müsahibəsində Prezident İlham Əliyev Azərbaycana bitişik, qeyri-anklav kəndlərin qeyd-şərtsiz Azərbaycana qaytarılmasını, anklav kəndlərin isə ayrıca ekspert qrupu yaradılaraq müzakirə edilməli olduğunu diqqətə çatdırıb.

Həmçinin Zəngilanla Ordubad arasındakı ərazidə maneəsiz keçidin verilməsini, anklavlara gedən yollarda şərait yaradılmasını, yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələrinin heç bir yoxlamadan keçmədən sərbəst hərəkətinin təmin edilməsini vurğulayıb. Amma İrəvan hələ də Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən quru əlaqəsini təmin etməyə çalışmır.

Politoloq Elxan Şahinoğlu bildirib ki, əslində, dəhliz məsələsi həll olunsa, digər məsələlərin həlli sürətlənəcək:

“Bundan sonra Türkiyə də Ermənistanla sərhədi açacaq. Ermənistanın iki dövlətlə münasibətləri nizamlanacaq. Bu, Ermənistanın özünə lazımdır. Çünki Ermənistan da Azərbaycan və Türkiyənin iştirak etdiyi müəyyən layihələrdə iştirak etmək istəyir.

Məsələn, Qara dənizin dibi ilə çəkiləcək enerji xəttində Azərbaycan ideya müəllifi olub, bunda iştirak etmək istəyir. Amma bunun üçün yerdə qalan məsələlər həll olunmalıdır”. 

Azərbaycan XİN İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib

Azərbaycan XİN İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib

Siyasət
20 may 2024
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi

Siyasət
20 may 2024
Prezident İlham Əliyevdən Seyid İbrahim Rəisiyə təşəkkür

Prezident İlham Əliyevdən Seyid İbrahim Rəisiyə təşəkkür

Siyasət
19 may 2024
İlham Əliyevdən rəsmi İrəvana sərt xəbərdarlıq

İlham Əliyevdən rəsmi İrəvana sərt xəbərdarlıq

Siyasət
19 may 2024
Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər | İlham Əliyev

Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər | İlham Əliyev

Siyasət
19 may 2024
Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü

Siyasət
19 may 2024
İran və Azərbaycanı birləşdirən layihələrin əhəmiyyəti

İran və Azərbaycanı birləşdirən layihələrin əhəmiyyəti

Siyasət
19 may 2024
Azərbaycan və İran prezidentlərinin sərhəddəki görüşündən görüntülər

Azərbaycan və İran prezidentlərinin sərhəddəki görüşündən görüntülər

Siyasət
19 may 2024
Azərbaycan və İran sərhədində 2 SES inşa ediləcək

Azərbaycan və İran sərhədində 2 SES inşa ediləcək

Siyasət
19 may 2024
İlham Əliyev İranla sərhəddəki görüşün vacibliyini vurğuladı

İlham Əliyev İranla sərhəddəki görüşün vacibliyini vurğuladı

Siyasət
19 may 2024
Seçilmişlər
icon