Pleyeri seçin:

Zərdüşt Əlizadə işğalda olan 8 kənd haqqında danışdı

31 oktyabr 2023 359 baxış

“Hələ də Ermənistanın işğalı altında qalan ərazilərin azad edilməsi məsələsi var. Bu məsələnin də güc tətbiqi ilə həlli mümkündür. Amma burada mümkün olan bütün variantlar gözdən keçirilməlidir. Ola bilsin ki, Ermənistanın nəzarətində olan 8 kənd hər iki tərəfdən delimitasiya komissiyasının işə başlaması ilə boşaldılsın. Azərbaycan tərəfi bununla bağlı bütün müzakirələrə açıq olduğunu bəyan edib”.

Bu sözləri politoloq Zərdüşt Əlizadə deyib. O qeyd edib ki, Azərbaycan bu məsələnin həllində tələskənliyə yol vermədən iş aparır:

“Hazırda daha çox Qarabağda məskunlaşma prosesi gedir. Anklavlar, eksklavlarla bağlı məsələnin də həllinə zaman çatacaq. Ona görə də burada hər hansı sərt və güc ritorikasından danışmağa ehtiyac yoxdur”.

Politoloq hesab edir ki, Ermənistanın sülhlə bağlı razılığa gəlməsi burada əsas amildir: “Azərbaycan üçün hələlik eksklav kəndlər o qədər də həyati əhəmiyyət kəsb etmir. Eyni zamanda Ermənistan blokada vəziyyətini nəzərə almalıdır. Hazırda Azərbaycan İrandan keçən yolun açılışı üzərində işləyir. İrandan Naxçıvana dəmir yolunun çəkilməsi də gözlənilir. Beləliklə, Ermənistan növbəti dəfə blokada vəziyyətə düşərək, regiondan təcrid olunur”.

Zərdüşt Əlizadə bildirib ki, Ermənistan hazırda Rusiya ilə əlaqələri kəsmək niyyətindədirsə, o ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır: “Digər tərəfdən Ermənistanın Rusiya ilə əlaqələri kəsməsi fonunda bu ölkədən idxal edilən qaz nəqli də dayana bilər. Beləliklə, erməni tərəfi üçün yeganə qaz təchizatçısı olaraq Azərbaycan qalır. Bununla yanaşı, Qərbə tərəf üz tutacaq Ermənistan üçün çıxış yolu Türkiyə olacaq”.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 359 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 359 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 359 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 359 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 359 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 359 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 359 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 359 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 359 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 359 baxış
Seçilmişlər
icon