Pleyeri seçin:

30 gün öncədən məlumat verilib | Aztelekom məsələ ilə bağlı açıqlama yaydı

16 sentyabr 2024 483 baxış

Sosial şəbəkələrdə internetdən imtina edənlərin "Aztelekom" tərəfindən cərimələnməsi barədə iddialar yayılıb.

Məsələ ilə bağlı “Aztelekom” MMC-dən bildirilib ki, şirkət rəqəmsal transformasiya siyasətinə sadiq qalaraq, rəqəmsal xidmətləri genişləndirərək müxtəlif telekommunikasiya layihələrini uğurla icra etməkdədir. Bu layihələrə yeni nəsil avadanlıqların quraşdırılması, fiber-optik telekommunikasiya şəbəkəsinin genişləndirilməsi və müasir standartlara cavab verən kommunikasiya infrastrukturunun yaradılması daxildir:

“Bu tədbirlər abunəçilərimizin məlumat və telekommunikasiya şəbəkəsindən daha dayanıqlı, təhlükəsiz və yüksək keyfiyyətli istifadə etmələrinə şərait yaradır.

Telekommunikasiya xidmətlərimizin keyfiyyətini artırmağa yönəlmiş bu yeniliklərin davamı olaraq “Aztelekom” MMC tariflərdə dəyişiklik etmək qərarına gəlib. Bu dəyişikliklər haqqında 30 gün öncədən media vasitəsilə məlumat verilib və qanunvericiliyə uyğun şəkildə 15 avqust 2024-cü il tarixindən etibarən həyata keçirilməkdədir. Bu tarif dəyişikliklərini etməkdə məqsəd müştərilərimizə daha yaxşı və effektiv xidmətlər təqdim etməkdir.

Qeyd edək ki, müqavilə şərtlərinə görə müştərilərimizin hüquqlarına zidd olmadan onlara 12 ay davamlı istifadə etmək şərti qarşılığında ödənişsiz avadanlıq və qoşulma həyata keçirilir. Yalnız qeyd edilən şərt pozulduğu təqdirdə xidmət haqqı və avadanlığın ödənişi öhdəliyi müştərinin üzərinə düşür (bənzər abunəlik şərtləri dünyanın bir çox ölkələrində tətbiq olunur).

Onu da qeyd etmək istərdik ki, bu, heç bir halda xidmətdən imtinaya görə tətbiq edilən hər hansı bir cərimə və ya əlavə ödəniş deyil, sadəcə 12 ay davamlı istifadə etmək şərti qarşılığında ödənişsiz təqdim edilmiş avadanlığın dəyəridir”.

“ChatGPT”nin təhlükəli maddələrin hazırlanmasına dair təlimat verdiyi iddia olunur

“ChatGPT”nin təhlükəli maddələrin hazırlanmasına dair təlimat verdiyi iddia olunur

Texnologiya
28 iyul 2026 483 baxış
Tələbələrin müstəqil şəkildə düşünmə qabiliyyətinin inkişafı ön plandadır

Tələbələrin müstəqil şəkildə düşünmə qabiliyyətinin inkişafı ön plandadır

Texnologiya
14 iyul 2026 483 baxış
Universitet, dövlət və biznes birləşmədən rəqəmsal transformasiya mümkündürmü? - AKTUAL GÜNDƏM

Universitet, dövlət və biznes birləşmədən rəqəmsal transformasiya mümkündürmü? - AKTUAL GÜNDƏM

Texnologiya
09 iyul 2026 483 baxış
Rəqəmsal inkişaf üzrə ictimai müzakirə | İnnovasiya və kibertəhlükəsizlik prioritetləri - Baku TV

Rəqəmsal inkişaf üzrə ictimai müzakirə | İnnovasiya və kibertəhlükəsizlik prioritetləri - Baku TV

Texnologiya
09 iyul 2026 483 baxış
“Real ünsiyyətin alternativi kimi istifadə etmək olmaz” | Psixoloq

“Real ünsiyyətin alternativi kimi istifadə etmək olmaz” | Psixoloq

Texnologiya
08 iyul 2026 483 baxış
"Beş göz" alyansı həyəcan təbili çalır

"Beş göz" alyansı həyəcan təbili çalır

Texnologiya
30 iyun 2026 483 baxış
Robot pişiyin təqdimatının keçirildiyi forum

Robot pişiyin təqdimatının keçirildiyi forum

Texnologiya
27 iyun 2026 483 baxış
Müasir texnologiyanın tibb sahəsinə inteqrasiyası müzakirə olunur

Müasir texnologiyanın tibb sahəsinə inteqrasiyası müzakirə olunur

Texnologiya
25 iyun 2026 483 baxış
Bitkilərdə yoxolma prosesini qabaqlamaq mümkün olacaq

Bitkilərdə yoxolma prosesini qabaqlamaq mümkün olacaq

Texnologiya
18 iyun 2026 483 baxış
Aktiv müdafiə texnologiyası planetimiz üçün “qalxan”a çevriləcək

Aktiv müdafiə texnologiyası planetimiz üçün “qalxan”a çevriləcək

Texnologiya
16 iyun 2026 483 baxış
Seçilmişlər
icon