Bakıda ilk beynəlxalq etik haker konfransı "CyberHackCon 2026" keçirildi - Baku TV
Bakıda ilk dəfə beynəlxalq etik haker konfransı – “CyberHackCon 2026” keçirilib.
“The Ritz-Carlton Baku” hotelində təşkil olunan tədbir dünyanın müxtəlif ölkələrindən kibertəhlükəsizlik mütəxəssislərini, etik hakerləri, təhlükəsizlik tədqiqatçılarını və bank, telekommunikasiya və dövlət sektorunun nümayəndələrini bir araya gətirib.
Konfransda 12-dən çox beynəlxalq spiker çıxış edib.
Tədbirdə hücum yönümlü kibertəhlükəsizlik, sistemlərdəki boşluqların aşkarlanması, “Bug Bounty”, kibertəhdid kəşfiyyatı, rəqəmsal kriminalistika və süni intellektin təhlükəsizliyi müzakirə olunub.
Konfransın əsas məqsədi Azərbaycanda beynəlxalq standartlara uyğun, texniki biliklərə əsaslanan kibertəhlükəsizlik icması formalaşdırmaqdır. Təşkilatçılar “CyberHackCon”u gələcəkdə regionun və dünyanın aparıcı kibertəhlükəsizlik konfranslarından birinə çevirməyi hədəfləyirlər.
#Kibertəhlükəsizlik teqi istifadə olunub
- İnkişaf edən süni intellekt gələcəkdə ən təhlükəli kiber hücum vasitəsi hesab olunur
- 700 min vergi ödəyicisinin məlumatı oğurlandı
- Süni intellektlə nəyi paylaşmaq təhlükəlidir?
- Britaniya məhkəməsi bu məmuru Çin kəşfiyyatı ilə əməkdaşlıqda günahkar bilir
- Sosial şəbəkələrlə bağlı qadağalar niyə işə yaramır?
