Pleyeri seçin:

Sosial şəbəkələrlə bağlı qadağalar niyə işə yaramır?

30 aprel 2026 329 baxış

Gənclər arasında rəqəmsal mühitdə hüquq pozuntularının çoxalması azyaşlıların qlobal şəbəkədə daha çox vaxt keçirməsi ilə əlaqələndirilsə də, onlara sosial şəbəkələrdən istifadə etməyi qadağan etmək düzgün çıxış yolu deyil.

Bu barədə rusiyalı mütəxəssis Yuliya Ablets danışıb. Ekspert bildirib ki, məhdudiyyətlər təkbaşına bu problemi həll etmir.

Ablets hesab edir ki, kibertəhlükəsizliyi təmin etmək üçün azyaşlılarda nizam-intizam, özünüidarəetmə və analitik düşünmə kimi fundamental vərdişlərin formalaşdırılması zəruridir.

Onun sözlərinə görə, yalnız onlayn keçirilən vaxtı azaltmaqla kifayətlənməmək, eyni zamanda uşaqlara informasiyanı şüurlu şəkildə qəbul etməyi aşılamaq böyük əhəmiyyət daşıyır.

Mütəxəssis valideynlərin sadəcə nəzarət funksiyasını deyil, həm də bələdçi rolunu üzərlərinə götürməli olduqlarını vurğulayıb. O, valideynlərin virtual aləmdə rast gəlinən məlumatları övladları ilə birlikdə təhlil etmələrinin və bu cür materialların onlara hansı formada təsir edə biləcəyini aydınlaşdırmalarının vacibliyini qeyd edib.

Ekspert həmçinin təhsil ocaqlarının informasiya savadlılığının artırılmasında əsas mövqelərdən birini tutmalı və sistemli internet təhlükəsizliyi dərslərinin tədris proqramlarına daxil edilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonda Yuliya Ablets bildirib ki, mövcud təhlükələri minimuma endirmək üçün ailə daxilində qarşılıqlı etimada əsaslanan münasibətlərin yaradılması vacibdir. Bu cür mühitdə azyaşlılar çəkinmədən dəstək istəyə bilər və təhlükəsiz internet davranışının əsas qaydalarını daha yaxşı mənimsəyərlər.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 329 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 329 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 329 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 329 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 329 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 329 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 329 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 329 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 329 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 329 baxış
Seçilmişlər
icon