Pleyeri seçin:

ABŞ və Çinin iki nəhəng şirkəti birgə robot hazırlayacaq?

04 iyun 2026 450 baxış

ABŞ-nin “Nvidia” və Çinin “Unitree” şirkətləri humanoid robotların hazırlanması üçün nəzərdə tutulan “Isaac GR00T” etalon platformasını təqdim edib.

Platforma aparat bazasını və proqram ekosistemini birləşdirərək robot sistemlərinin hazırlanmasını və öyrədilməsini sürətləndirməyə imkan verir.

Platforma təxminən 180 santimetr boya və 68 kiloqram çəkiyə malik “Unitree H2” robotunun bazasında qurulub. Sistem hərəkətlərin öyrədilməsi və məkanda orientasiya üçün 22 sərbəstlik dərəcəsinə malik manipulyatorlar, kameralar və sensorlar dəsti ilə təchiz olunub.

Platformanın hesablama əsasını “FP4” hesablamalarında 2070 teraflopsa qədər məhsuldarlığa malik “Nvidia Jetson AGX Thor T5000” çipi təşkil edir. Robot 15 kiloqramadək yük qaldıra və üç saata qədər avtonom rejimdə işləyə bilir.

Proqram ekosisteminə “Isaac Teleop”, “Isaac Sim”, “Isaac Lab” və “Isaac ROS” alətləri, həmçinin təlim, məntiqi qərarvermə və müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün “Isaac GR00T” modelləri daxildir.

“Unitree” etalon robotunun tədarükünə bu ilin sonunadək başlanılması planlaşdırılır. Platformanın tam istifadə edilməsi isə ilin sonuna doğru müştərilər üçün əlçatan olacaq.

“Nvidia” şirkətinin rəhbəri Jensen Huang bildirib ki, şirkət ABŞ, Avropa və Cənubi Koreyadan olan robototexnika tərtibatçıları ilə də oxşar layihələri inkişaf etdirməyi planlaşdırır.

Süni intellekt mövcud olmayan normaları həqiqət kimi təqdim edib

Süni intellekt mövcud olmayan normaları həqiqət kimi təqdim edib

Texnologiya
23 sentyabr 2026 450 baxış
Çində insanabənzər robotların kütləvi istehsalına start verilib

Çində insanabənzər robotların kütləvi istehsalına start verilib

Texnologiya
22 sentyabr 2026 450 baxış
"Ənənəvi bacarıqlar aktuallığını qoruyur" | Rövşən Nəcəfdən çağırış - Baku TV

"Ənənəvi bacarıqlar aktuallığını qoruyur" | Rövşən Nəcəfdən çağırış - Baku TV

Texnologiya
19 sentyabr 2026 450 baxış
Yeni struktur süni intellekt texnologiyalarının mümkün təhlükələrinə nəzarət edəcək

Yeni struktur süni intellekt texnologiyalarının mümkün təhlükələrinə nəzarət edəcək

Texnologiya
17 sentyabr 2026 450 baxış
Kütləvi humanoid robot istehsalı üçün nəzərdə tutulan zavod fəaliyyətə başlayıb

Kütləvi humanoid robot istehsalı üçün nəzərdə tutulan zavod fəaliyyətə başlayıb

Texnologiya
17 sentyabr 2026 450 baxış
Texnologiya nəhənglərindən süni intellektlə bağlı ciddi xəbərdarlıq - Baku TV

Texnologiya nəhənglərindən süni intellektlə bağlı ciddi xəbərdarlıq - Baku TV

Texnologiya
15 sentyabr 2026 450 baxış
Sosial şəbəkələrdə uşaqlar üçün yeni məhdudiyyətlər tətbiq oluna bilər

Sosial şəbəkələrdə uşaqlar üçün yeni məhdudiyyətlər tətbiq oluna bilər

Texnologiya
14 sentyabr 2026 450 baxış
Süni intellektin nəzarətdən kənarda yaranma ehtimalı

Süni intellektin nəzarətdən kənarda yaranma ehtimalı

Texnologiya
13 sentyabr 2026 450 baxış
"Tesla" yeni avtomobilini nümayiş etdirib

"Tesla" yeni avtomobilini nümayiş etdirib

Texnologiya
13 sentyabr 2026 450 baxış
“Narahatlıqlar həddindən artıq şişirdilib” | Süni intellektlə bağlı məlumat

“Narahatlıqlar həddindən artıq şişirdilib” | Süni intellektlə bağlı məlumat

Texnologiya
12 sentyabr 2026 450 baxış
Seçilmişlər
icon