Beynəlxalq Valyuta Fondu kiberhücumlarla bağlı xəbərdarlıq edib
Süni intellekt texnologiyalarından istifadə edilməklə törədilən kiberhücumlar dünya iqtisadiyyatı üçün ciddi təhlükə yaradır.
Bu barədə Beynəlxalq Valyuta Fondunun xəbərdarlığında bildirilir.
Qurum mütəxəssislərinin qənaətinə görə, süni intellektin imkanları kibercinayətkarlara müştəri etibarını sarsıtmağa, ödəniş sistemlərini sıradan çıxarmağa və hətta bazarlarda panikaya səbəb olan satışlara şərait yaradır. Bunun əsas səbəbi süni intellektin istənilən sistemdəki təhlükəsizlik boşluqlarını çox qısa müddətdə aşkarlaya bilməsidir.
Maliyyə, enerji, telekommunikasiya və dövlət idarəetməsi daxil olmaqla, bütün sahələr risk altındadır. Şirkətlərin məhdud sayda proqram təminatı platformalarından, bulud xidmətlərindən və ya süni intellekt modellərindən asılılığı vahid bir boşluğun onlarla təşkilat üçün ağır fəsadlar törətməsinə yol aça bilər. Nəticədə qlobal miqyasda genişmiqyaslı makroiqtisadi şokun baş verməyəcəyinə dair heç bir zəmanət yoxdur.
Beynəlxalq Valyuta Fondunun təmsilçiləri xüsusilə vurğulayıblar ki, inkişaf etməkdə olan ölkələr bu cür kiberhücumlar qarşısında daha müdafiəsiz vəziyyətdədir.
#Süni intellekt teqi istifadə olunub
- Mask süni intellektin inkişafının ənənəvi pulun əhəmiyyətini azalda biləcəyini bildirib
- Süni intellekt xeyli insanın həyatına son qoya bilər? - Baku TV
- İnkişaf edən süni intellekt gələcəkdə ən təhlükəli kiber hücum vasitəsi hesab olunur
- Dünya Bankı süni intellektin gələcəyi ilə bağlı proqnoz verib
- “Faydadan çox zərəri var” | Həkim əvəzinə süni intellektə üz tutanların nəzərinə - Baku TV
