Robotlar jurnalistlərə qəhvə və dondurma hazırlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin cənubundakı Quandon əyalətinin Şençjen şəhərində 2026-cı il Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatının liderlərinin Görüşü Həftəsinin media mərkəzi fəaliyyətə başlayıb.
Çin Xəbər Xidmətinin müxbirləri sərgi və konqres mərkəzində yerləşən media məkanında jurnalistlər üçün yaradılan şəraitlə tanış olublar.
Təxminən 15 min kvadratmetr ərazini əhatə edən mərkəz Şençjenin innovasiya və yüksək texnologiyalar sahəsindəki imkanlarını nümayiş etdirir. Media mərkəzinin istirahət zonasında ziyarətçilərə robotlar xidmət göstərir. Onlar insanların əl hərəkətlərinə uyğun olaraq su və qəlyanaltı təqdim edir, müştərilər ərazini tərk etdikdən sonra isə masaları təmizləyərək boş qabları və istifadə olunmuş qablaşdırmaları yığışdırır.
Robotlar jurnalistlərin sifarişi ilə qəhvə, dondurma və şirə də hazırlayır. Fasilə zonasında eyni vaxtda yeddi robot fəaliyyət göstərir. Onlardan üçü qəhvə, ikisi dondurma, digər ikisi isə şirə hazırlamaqla məşğuldur. Müştərilər nömrə götürdükdən sonra robotlar qəhvə dənələrini üyüdür, sifarişə uyğun içki hazırlayır və hazır məhsulu təqdim edir.
Bütün proses avtomatlaşdırılıb: robotlar fincanları götürür, qəhvəni hazırlayır və sifariş hazır olduqda müştərinin nömrəsini səsləndirir.
#Çin teqi istifadə olunub
- Şençjendə dünya siyasətinin gələcəyi müzakirə olunacaq
- ABŞ, Rusiya və Çin arasında razılaşma: Təsir dairələri yenidən bölünəcək? - AKTUAL GÜNDƏM
- Pekin və Moskva hansı məsələlərdə Trampa qarşı çıxa bilər? - Baku TV
- Çinin "XPeng" şirkəti uçan avtomobili təqdim edib, uçuş müddəti 35 dəqiqəyədək çatır
- Çində ənənəvi əriştə ustalarının yarışı keçirilib
